İsrail 100-dən çox fələstinlini azad edib

İsrail 100-dən çox fələstinlini azad edib

İsrail 4-ü qadın olmaqla, əvvəllər həbs olunmuş 100-dən çox fələstinlini azad edib.

“Report” xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail 4-ü qadın məhbus olmaqla, 114 nəfəri azad edib. Qeyd edilib ki, bütün bu fələstinlilər Qəzza zolağı ilə sərhəddə yerləşən “Kerem Şalom” keçid məntəqəsindən buraxılıblar.

Həmin şəxslərin hazırkı münaqişə tərəfləri arasında hər hansı ilkin razılaşmalar çərçivəsində azad edilib-edilmədiyi barədə məlumat verilmir.