İordaniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

İordaniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

İordaniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Azərbaycana səfər etməyi planlaşdıran İordaniya Senatının və Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşümüz olub. Biz parlamentlərarası əlaqələri və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etdik”, - paylaşımda qeyd olunub.