MN: Ermənistandan Azərbaycana hərbi təyinatlı yüklər daxil olub

MN: Ermənistandan Azərbaycana hərbi təyinatlı yüklər daxil olub

Aprelin 22-si saat 20:00 radələrində Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 və 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Videogörüntülərdən aydın olur ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olur. Qeyd edək ki, hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil olması Rusiya sülhməramlılarının şərait yaratması ilə həyata keçirilib.

Müşahidə nəticəsində o da məlum olub ki, avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb.

Aparılan müşahidə Ermənistan tərəfindən əvvəlcədən razılaşdırılmadan, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı birtərəfli qaydada pozaraq Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasını təsbit edir.

HƏRBİ HƏRBİ
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub

HƏRBİ HƏRBİ
Heydər Əliyev adına Hərbi İnstitutun kursantları düşərgə toplanışına cəlb olunub

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları düşərgə toplanışına cəlb olunub

HƏRBİ HƏRBİ
Müdafiə naziri: “ABŞ Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsi ilə maraqlanır”

Müdafiə naziri: “ABŞ Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsi ilə maraqlanır”

HƏRBİ HƏRBİ
Qarabağdakı qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Qarabağdakı qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

HƏRBİ HƏRBİ
“Anadolu Qartalı-2023” beynəlxalq təlimi başlayıb

“Anadolu Qartalı-2023” beynəlxalq təlimi başlayıb

HƏRBİ HƏRBİ
Erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

Erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

HƏRBİ HƏRBİ
“İkinci Qarabağ müharibəsinin memarı Ali Baş Komandan İlham Əliyevdir" - RƏY

“İkinci Qarabağ müharibəsinin memarı Ali Baş Komandan İlham Əliyevdir" - RƏY

HƏRBİ HƏRBİ
Müdafiə naziri: "Azərbaycan Ordusunun qətiyyətli cavab tədbirləri Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib"

Müdafiə naziri: "Azərbaycan Ordusunun qətiyyətli cavab tədbirləri Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib"

HƏRBİ HƏRBİ
Müdafiə naziri cənubdakı hissə və birləşmələri yoxlayıb, XTQ-nin təlimini izləyib

Müdafiə naziri cənubdakı hissə və birləşmələri yoxlayıb, XTQ-nin təlimini izləyib

HƏRBİ HƏRBİ
MN: "Qanunsuz erməni silahlılarının Füzulinin Yuxarı Veysəlli kəndi istiqamətində səngər qazmasının qarşısı alınıb"

MN: "Qanunsuz erməni silahlılarının Füzulinin Yuxarı Veysəlli kəndi istiqamətində səngər qazmasının qarşısı alınıb"

HƏRBİ HƏRBİ
Hərbi İnstitutun kursantları praktiki məşğələlər keçiriblər

Hərbi İnstitutun kursantları praktiki məşğələlər keçiriblər

HƏRBİ HƏRBİ
Nazir: "Heydər Əliyevin anadan olmasının və Türkiyənin 100 illiyi münasibətilə birgə təlimlər keçiriləcək" - EKSKLÜZİV

Nazir: "Heydər Əliyevin anadan olmasının və Türkiyənin 100 illiyi münasibətilə birgə təlimlər keçiriləcək" - EKSKLÜZİV