Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər - YENİLƏNİB

Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər - YENİLƏNİB

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. 

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. 

Belə ki, təşkilata məxsus 4 minik və 4 yük avtomobili Laçından Xankəndi istiqamətinə keçid ediblər. 

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. 

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 12-yə çatıb.

09.13

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 4 minik maşını Xankəndidən Laçın istiqamətində keçid edib.

Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 132 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

QARABAĞ QARABAĞ
Azərbaycan Prezidenti Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışını edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışını edib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
İlham Əliyev: “Azərbaycan heç bir dəhlizi bloklamayıb”

İlham Əliyev: “Azərbaycan heç bir dəhlizi bloklamayıb”

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin keçidinə şərait yaradılıb - YENİLƏNİB

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin keçidinə şərait yaradılıb - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Dekabrın 12-dən Laçın-Xankəndi yolundan 980-ə yaxın nəqliyyat vasitəsinin keçidi təmin olunub

Dekabrın 12-dən Laçın-Xankəndi yolundan 980-ə yaxın nəqliyyat vasitəsinin keçidi təmin olunub

QARABAĞ QARABAĞ
Əzmkarlıq, qətiyyət, vətənpərvərlik - Xankəndi-Laçın yolunda aksiyanın 69-cu günü

Əzmkarlıq, qətiyyət, vətənpərvərlik - Xankəndi-Laçın yolunda aksiyanın 69-cu günü

QARABAĞ QARABAĞ
Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 31 avtomobili maneəsiz hərəkət edib - YENİLƏNİB-6

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 31 avtomobili maneəsiz hərəkət edib - YENİLƏNİB-6

QARABAĞ QARABAĞ
Serbiyanın Novi Pazar şəhər merinin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşada rəsmi səfərdədir

Serbiyanın Novi Pazar şəhər merinin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşada rəsmi səfərdədir

QARABAĞ QARABAĞ
Daşaltı əməliyyatından 31 il ötür

Daşaltı əməliyyatından 31 il ötür

QARABAĞ QARABAĞ
Azərbaycanlı fəallar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

Azərbaycanlı fəallar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

QARABAĞ QARABAĞ
Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub, ölənlər var

Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub, ölənlər var

QARABAĞ QARABAĞ
“Arutyunyan, Vardanyan və Makron sərvətlərimizi talan etmək istəyirsə, bilsinlər ki, o günlər arxada qaldı” - RƏY

“Arutyunyan, Vardanyan və Makron sərvətlərimizi talan etmək istəyirsə, bilsinlər ki, o günlər arxada qaldı” - RƏY