Cəlilabadda magistral yolda hərəkət bərpa edilib - YENİLƏNİB-2

Cəlilabadda magistral yolda hərəkət bərpa edilib - YENİLƏNİB-2

Cəlilabadda magistral yolda hərəkət bərpa edilib.

Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib.

Onun sözlərinə görə, yolun köhnə Ələt-Astara avtomobil yolunun Göytəpə şəhərindən keçən hissəsində hərəkətin təhlükəsizliyi polis əməkdaşları və aidiyyəti qurumlar tərəfindən təmin olunub. Hər iki  istiqamətdə nəqliyyatın hərəkəti bərpa olunub.

Qeyd edək ki, Cəlilabad rayonunda güclü külək ağacları magistral yola aşırdığından hərəkət məhdudlaşdırılmışdı.

21:07

Cəlilabadda güclü küləyin fəsadları aradan qaldırılır. 

"Report"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində baş verən qəfil külək nəticəsində elektrik xətləri qırılıb, rayon mərkəzi də daxil olmaqla, bir neçə kənd işıqsız qalıb.

Həmçinin güclü külək onlarla ağacı aşırıb. Külək köhnə Ələt-Astara avtomobil yolunun Göytəpə şəhərindən keçən hissəsində ağacları yola aşırıb. Eyni zamanda şəhər ərazisində fərdi evlərin və obyektlərin dam örtüyü dağılıb, işıqlar kəsilib. 

Leysan yağışı Rayon Mərkəzi Xəstəxanasına da ziyan vurub. Yağış suları xəstəxananın infeksion korpusuna dolub.

Hazırda rayon fövqəladə hallar komissiyası və digər dövlət orqanları təbii fəlakətin aradan qaldırılması istiqamətində işlər aparır. Cəlilabad şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi bərpa olunub. İlkin məlumata görə, insan tələfatı yoxdur. 

Əlavə məlumat veriləcək.

20:07

Cəlilabadda güclü külək fəsadlar törədib, bəzi əraziləri işıqsız qoyub.

"Report"un Muğan bürosunun məlumatına görə, yağan leysan və güclü külək rayon mərkəzində və bir neçə kənddə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Şəhərin mərkəzində ağaclar aşıb.

Hazırda rayon ərazisində küləyin törətdiyi problemlər aradan qaldırılır.

HADİSƏ HADİSƏ
Balakəndə usta təmir işləri aparan zaman yıxılaraq ölüb

Balakəndə usta təmir işləri aparan zaman yıxılaraq ölüb

HADİSƏ HADİSƏ
DİN: "Məktəbdə şagirdin narkotik satması iddiaları həqiqəti əks etdirmir"

DİN: "Məktəbdə şagirdin narkotik satması iddiaları həqiqəti əks etdirmir"

HADİSƏ HADİSƏ
Gənc cüdoçunu öldürməkdə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrum edilib

Gənc cüdoçunu öldürməkdə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrum edilib

HADİSƏ HADİSƏ
FHN Gədəbəydə baş verən partlayışla bağlı məlumat yayıb

FHN Gədəbəydə baş verən partlayışla bağlı məlumat yayıb

HADİSƏ HADİSƏ
Şirvan sakinindən “Makarov” markalı tapança götürülüb

Şirvan sakinindən “Makarov” markalı tapança götürülüb

HADİSƏ HADİSƏ
Bakıda 36 yaşlı qadın qardaşı oğlu tərəfindən bıçaqlanıb

Bakıda 36 yaşlı qadın qardaşı oğlu tərəfindən bıçaqlanıb

HADİSƏ HADİSƏ
Qaxa dolu yağıb, meyvə ağaclarına ziyan dəyib

Qaxa dolu yağıb, meyvə ağaclarına ziyan dəyib

HADİSƏ HADİSƏ
Şəmkirdə avtomobil qəzası olub, ana və oğlu yaralanıb

Şəmkirdə avtomobil qəzası olub, ana və oğlu yaralanıb

HADİSƏ HADİSƏ
Bakıda avtomobil naməlum maşın tərəfindən vurulmuş qadın meyitinin üzərindən keçib

Bakıda avtomobil naməlum maşın tərəfindən vurulmuş qadın meyitinin üzərindən keçib

HADİSƏ HADİSƏ
Füzulidə mina axtarışları zamanı insana məxsus olması ehtimal edilən sümüklər aşkarlanıb

Füzulidə mina axtarışları zamanı insana məxsus olması ehtimal edilən sümüklər aşkarlanıb

HADİSƏ HADİSƏ
Qubada 20 yaşlı gənc intihar edib 

Qubada 20 yaşlı gənc intihar edib 

HADİSƏ HADİSƏ
Səlim Müslümovun məhkəməsində Zeynəb Xanlarovanın qohumu dindirilib

Səlim Müslümovun məhkəməsində Zeynəb Xanlarovanın qohumu dindirilib