Latviya kaset sursatlarına dair sazişdən mümkün qədər tez çıxmağa çağırıb

Latviya kaset sursatlarına dair sazişdən mümkün qədər tez çıxmağa çağırıb

Latviya Seyminin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Laurinas Kaşçiunas kasetli sursatların istifadəsini qadağan edən konvensiyadan tez bir zamanda çıxmağa çağırıb.

Birxeber.Az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

O, prezidentin bu məsələ ilə bağlı qərarını gecikdirməsindən də məyus olduğunu bildirib.

“Bizim bu konvensiyadan niyə çıxmağımızla bağlı çoxlu arqumentlər var. Əsas arqument ondan ibarətdir ki, müharibə zamanı mühasirəyə və müdafiəyə hazırlaşanda özümüzü necə saxlayacağıq. Əgər ruslar onlardan istifadə edə bilirsə, onda biz niyə onlardan istifadə etməyək? Biz regionda bu konvensiyanı ratifikasiya etmiş yeganə ölkəyik”, – Kasciunas bildirib.

Onun sözlərinə görə, Seym komitəsi prezidentin nümayəndələrindən məsələ ilə bağlı qərarın niyə dayandığına dair “çox güclü arqumentlər” eşitməyi gözləyir.

Kasset hərbi sursatları haqqında Konvensiya kaset sursatlarının, yəni çoxsaylı partlayıcı sursatları dağıdan sursatların istifadəsini, ötürülməsini və yığılmasını qadağan edən beynəlxalq müqavilədir. Onlar toxunduqda və ya tutduqda partlaya bilər. Bu səbəbdən də bu növ sursat mülki şəxslər üçün təhlükəli sayılır.