Avropa çempionatı: Azərbaycanın 3 yunan-Roma güləşçisi finalda, biri bürünc medal uğrunda yarışacaq

Avropa çempionatı: Azərbaycanın 3 yunan-Roma güləşçisi finalda, biri bürünc medal uğrunda yarışacaq

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Birxeber.Az"un məlumatına görə, 130 kq-da yarışan idmançı finala gedən yolda Yakobi Kajaya (Gürcüstan) ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən adını finala yazdırıb. O, həlledici görüşdə Rza Kayaalpla (Türkiyə) güləşəcək.

Bununla da Azərbaycanın finala çıxan yunan-Roma güləşçilərinin sayı üçə çatıb. Daha əvvəl Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) qızıl medal görüşünə vəsiqə qazanıb.

87 kq-da çıxış edən İslam Abbasovun 1/4 finalda məğlub olduğu Ali Cengiz (Türkiyə) finala yüsəldiyindən, Azərbaycan təmsilçisi təsəlliverici görüşdə iştirak hüququ əldə edib.

19:06

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında finala yüksəlib.

"Birxeber.Az"un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Qraçya Poqosyanı (Ermənistan) sınağa çəkib.

Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə gələcək.

77 kq-dakı Sənan Süleymanovun isə yarışı medalsız başa vuracağı dəqiqləşib. Buna idmançının 1/8 finalda uduzduğu Joltan Levayın (Macarıstan) finala adlaya bilməməsi səbəb olub.

18:56

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Birxeber.Az"un məlumatına görə, 55 kq-da mübarizə aparan idmançı finala gedən yolda Denis Mihayla (Rumıniya) qarşılaşıb.

Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əzizli həlledici qarşılaşmaya vəsiqə qazanıb. Onun finaldakı rəqibi Adem Uzun (Türkiyə) olacaq.

16:42

Azərbaycanın 3 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinala yüksəlib.

"Birxeber.Az"un məlumatına görə, 55 kq-da çıxış edən Eldəniz Əzizli 1/4 finalda Stefan Qriqorova (Bolqarıstan), 63 kq çəki dərəcəsində yer alan Taleh Məmmədov isə Yakopo Sandrona (İtaliya) qalib gəlib. Onlar finala gedən yolda müvafiq olaraq Denis Mihay (Rumıniya) və Qraçya Poqosyan (Ermənistan) ilə qarşılaşacaqlar.

Nəhayət, 130 kq-dakı Sabah Şəriəti 1/8 finalda Dariuş Vitekdən (Macarıstan), 1/4 finalda Alin Kiurariudan (Rumıniya) üstün olub. Onun yarımfinaldakı rəqibi Yakobi Kajaya (Gürcüstan) olacaq.

77 kq-da yarışan Sənan Süleymanov 1/8 finalda Joltan Levayla (Macarıstan) dueldən məğlub ayrılıb. 87 kq-da mübarizə aparan İslam Abbasov isə ardıcıl olaraq Turpal Maqamadov (Fransa) və Daniel Erreronu (İspaniya) yensə də, 1/4 finalda Ali Cengizlə (Türkiyə) bacarmayıb. Errero və Cengiz finala çıxsalar, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edəcəklər.

Bu gün həmçinin qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Elis Manolova (65 kq) isə təsəlliverici qarşılaşmada uduzduğundan medal şansını itirib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb. Qadınlarda isə Mariya Stadnik Avropa çempionu olub.

Fərdi Fərdi
Mariya Stadnik beynəlxalq turnirdə 35 saniyəyə qızıl medal qazanıb

Mariya Stadnik beynəlxalq turnirdə 35 saniyəyə qızıl medal qazanıb

Fərdi Fərdi
Vitse-spiker Avropa birinciliyində uğurlu çıxış edən Azərbaycan kikboksçularını təbrik edib

Vitse-spiker Avropa birinciliyində uğurlu çıxış edən Azərbaycan kikboksçularını təbrik edib

Fərdi Fərdi
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə bürünc medal qazanıblar

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə bürünc medal qazanıblar

Fərdi Fərdi
Azərbaycanın sərbəst güləşçisi: “Hədəfim Avropa çempionluğudur”

Azərbaycanın sərbəst güləşçisi: “Hədəfim Avropa çempionluğudur”

Fərdi Fərdi
Azərbaycan atleti Berlində keçirilən yarışda birinci yeri tutub

Azərbaycan atleti Berlində keçirilən yarışda birinci yeri tutub

Fərdi Fərdi
AİJ İB: "Dünən İrəvanda baş verənlər ağlasığmazdır"

AİJ İB: "Dünən İrəvanda baş verənlər ağlasığmazdır"

Fərdi Fərdi
Rəşad Nəbiyev Goranboy və Naftalandakı cüdo bölmələrinə baxış keçirib

Rəşad Nəbiyev Goranboy və Naftalandakı cüdo bölmələrinə baxış keçirib

Fərdi Fərdi
Fərid Qayıbov ötən ay beynəlxalq turnirlərdə medal qazanmış idmançılarla görüşüb

Fərid Qayıbov ötən ay beynəlxalq turnirlərdə medal qazanmış idmançılarla görüşüb

Fərdi Fərdi
Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Fərdi Fərdi
Avropa çempionatı: Azərbaycanın 1 güləşçisi finala yüksəlib, 3-ü bürünc medal qazana bilər

Avropa çempionatı: Azərbaycanın 1 güləşçisi finala yüksəlib, 3-ü bürünc medal qazana bilər

Fərdi Fərdi
Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına 1260 idmançı qeydiyyatdan keçib

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına 1260 idmançı qeydiyyatdan keçib

Fərdi Fərdi
MDB Oyunları: Azərbaycanın iki boksçusu bürünc medal qazanıb

MDB Oyunları: Azərbaycanın iki boksçusu bürünc medal qazanıb