Ondan çox ölkə səyahətçiləri Füzuli, Ağdam və Xocavənddə - FOTO
Bir sıra ölkələrin səyahətçiləri Füzuli, Ağdam və Xocavəndə səfər edib.
Birxeber xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.
“10-dan çox ölkədən olan səyahətçilər "MTP - Most Traveled People" beynəlxalq səyahət klubunun təşkilatçılığı ilə Füzuli, Ağdam və Xocavənd rayonlarına səfər edib. Buradakı dini və tarixi abidələr, dağıdılmış şəhər və kəndlər, aparılan yenidənqurma işləri ilə tanış olublar”, - E.Hüseynov əlavə edib.
Birxeber