Azərbaycan Rusiyaya nota verib

Azərbaycan Rusiyaya nota verib

Rusiya Federasiyası Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “RUSARMİNFO” erməni xəbər agentliyinin efirində səsləndirdiyi bəyanatları ilə əlaqədar Azərbaycanın Moksvadakı Səfirliyi tərəfindən Rusiya XİN-ə etiraz notası göndərilib.

Bu barədə “Birxeber.Az”a Azərbaycanın Rusiyadakı Səfirliyindən bildirilib.

“Vahid Rusiya” partiyasından olan deputatın Azərbaycan və Türkiyəyə qarşı fikirləri qəbuledilməz olduğu vurğulanıb, onların regionda sabitliyi pozmağa yönəldiyi və Ermənistan cəmiyyətində revanşist qüvvələrin keçmişdə qalmış münaqişəni yenidən alovlandırmağa təhriki kimi qiymətləndirilib.

İşğaldan azad edilmiş ərazilərdə fəal şəkildə aparılan yenidənqurma işləri fonunda “Azərbaycan tərəfindən münaqişənin qızışdırılması” ilə bağlı bəyanatların cəfəngiyat olduğu qeyd olunub.

Bildirilib ki, 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, ilk olaraq Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə təşəbbüs göstərən, dövlətlərin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasını nəzərdə tutan sülh gündəliyinin təşviqini davam edən məhz Azərbaycan olub.

Azərbaycan tərəfi Rusiyanın hakim partiyasının nümayəndəsinin bu cür bəyanatlarının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün səylər göstərən Rusiyanın vasitəçiliyinə kölgə saldığını bildirib: "Oleq Matveyçev iki ölkə arasında 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə barədə xəbərsiz ola bilməz və onun bu cür bəyanatları həmin sənədin müddəalarının pozulması deməkdir. Hakim partiyanın nümayəndəsi olan deputat öz bəyanatlarında məsuliyyətli olmalı və Rusiya Federasiyasının rəsmi mövqeyini rəhbər tutmalıdır.

Rusiya parlamentində informasiya siyasətinə cavabdeh deputatın Azərbaycana qarşı hücumlar üçün informasiya platforması olan, Rusiyada etnik zəmində millətlərarası düşmənçiliyi qızışdıran erməni saytına müsahibəsi onun sifarişli və imperativ xarakter daşımasından xəbər verir".

Xarici siyasət Xarici siyasət
Azərbaycanın İrandakı səfirindən Təbriz paylaşımı

Azərbaycanın İrandakı səfirindən Təbriz paylaşımı

Xarici siyasət Xarici siyasət
İlham Əliyev: "Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir"

İlham Əliyev: "Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir"

Xarici siyasət Xarici siyasət
MHP-li millət vəkili: “Azərbaycandan gələn dəstək əzmimizi artırır”

MHP-li millət vəkili: “Azərbaycandan gələn dəstək əzmimizi artırır”

Xarici siyasət Xarici siyasət
“ANAMA və BMT-nin təşkilatçılığı ilə keçirilən konfrans bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir” - RƏY

“ANAMA və BMT-nin təşkilatçılığı ilə keçirilən konfrans bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir” - RƏY

Xarici siyasət Xarici siyasət
Almaniyada Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir keçiriləcək

Almaniyada Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir keçiriləcək

Xarici siyasət Xarici siyasət
Riqada 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Riqada 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Xarici siyasət Xarici siyasət
Britaniyanın Lordlar palatasında azərbaycanlı məcburi köçkünlərin yaşadıqları çətinliklər diqqətə çatdırılıb

Britaniyanın Lordlar palatasında azərbaycanlı məcburi köçkünlərin yaşadıqları çətinliklər diqqətə çatdırılıb

Xarici siyasət Xarici siyasət
Çavuşoğlu: “Orta dəhlizin önəmini artırmaq üçün birlikdə daha çox çalışacağıq”

Çavuşoğlu: “Orta dəhlizin önəmini artırmaq üçün birlikdə daha çox çalışacağıq”

Xarici siyasət Xarici siyasət
Ukrayna səfiri Azərbaycana reabilitasiya üçün gətirilən uşaqlarla bağlı paylaşım edib

Ukrayna səfiri Azərbaycana reabilitasiya üçün gətirilən uşaqlarla bağlı paylaşım edib

Xarici siyasət Xarici siyasət
"Ölkəmizə qarşı qara piar kampaniyası iflasa uğradı" - RƏY

"Ölkəmizə qarşı qara piar kampaniyası iflasa uğradı" - RƏY

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov: "Azərbaycan zəlzələyə görə Türkiyəyə dəstəyini davam etdirəcək"

Ceyhun Bayramov: "Azərbaycan zəlzələyə görə Türkiyəyə dəstəyini davam etdirəcək"

Xarici siyasət Xarici siyasət
Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü başlayıb

Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü başlayıb