Ceyhun Bayramov Qazaxıstan səfirini diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib

Ceyhun Bayramov Qazaxıstan səfirini diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib

Bu gün Ceyhun Bayramov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimovu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Bu barədə "Report"a XİN-dən bildirilib.

Görüş zamanı tərəflər Azərbaycan və qardaş Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli formatlarda yüksək səviyyəli səmərəli əməkdaşlığı, o cümlədən iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini məmnunluqla vurğulayıblar.

Azərbaycan və Qazaxıstan arasında əlaqələrin ortaq etnik, mədəni və tarixi köklərə əsaslandığını qeyd edən nazir Ceyhun Bayramov, bu möhkəm təməl üzərində qurulan Azərbaycan və Qazaxıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.

Nazir fəaliyyəti müddətində ölkələrimiz arasında münasibətlərə verdiyi töhfəyə görə səfir Serjan Abdıkarimova təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir, öz növbəsində diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişafından məmnun olduğunu diqqətə çatdıran səfir, gələcəkdə həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı uğurlu fəaliyyətin davam edəcəyindən əminliyini ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici siyasət Xarici siyasət
Yasmin İvanoviç: “Azərbaycanın ədalət mübarizəsini tam dəstəkləyirəm”

Yasmin İvanoviç: “Azərbaycanın ədalət mübarizəsini tam dəstəkləyirəm”

Xarici siyasət Xarici siyasət
İlham Əliyev və İrakli Qaribaşvili mətbuata birgə bəyanatla çıxış ediblər - VİDEO - YENİLƏNİB

İlham Əliyev və İrakli Qaribaşvili mətbuata birgə bəyanatla çıxış ediblər - VİDEO - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Serbiya Prezidenti: "Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndiririk"

Serbiya Prezidenti: "Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndiririk"

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Türkiyə liderləri Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Türkiyə liderləri Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar barədə fikir mübadiləsi aparıb

Xarici siyasət Xarici siyasət
Səfir: “Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib”

Səfir: “Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib”

Xarici siyasət Xarici siyasət
Azərbaycan xilasedicisi: "Dağıntılar altından tapdığımız qızılları Türkiyə jandarmasına təhvil verdik"

Azərbaycan xilasedicisi: "Dağıntılar altından tapdığımız qızılları Türkiyə jandarmasına təhvil verdik"

Xarici siyasət Xarici siyasət
İcma: "Azərbaycanlıların öz evlərinə qayıtmaları Ermənistan ilə Azərbaycan arasında sülhün rəhnidir"

İcma: "Azərbaycanlıların öz evlərinə qayıtmaları Ermənistan ilə Azərbaycan arasında sülhün rəhnidir"

Xarici siyasət Xarici siyasət
İsrail XİN-in nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

İsrail XİN-in nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Xarici siyasət Xarici siyasət
İlham Əliyev BƏƏ Prezidenti ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev BƏƏ Prezidenti ilə görüşüb - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Nazir: “Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində irəli sürülən iddialar Ermənistanın istədiyi kimi nəticələnmədi”

Nazir: “Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində irəli sürülən iddialar Ermənistanın istədiyi kimi nəticələnmədi”

Xarici siyasət Xarici siyasət
Leyla Abdullayeva Pakistan və Özbəkistanın Fransadakı səfirləri ilə görüşüb

Leyla Abdullayeva Pakistan və Özbəkistanın Fransadakı səfirləri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Azərbaycan Ermənistan tərəfinin Şuşa-Laçın yolunda son vəziyyətlə bağlı əsassız bəyanatını rədd edib

Azərbaycan Ermənistan tərəfinin Şuşa-Laçın yolunda son vəziyyətlə bağlı əsassız bəyanatını rədd edib