Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub

Sumqayıt Dövlət Dram Teatrının direktor vəzifəsinə təyinat olub.

Mədəniyyət Nazirliyindən Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, Şəfiyev Samir Nizaməddin oğlu bu vəzifəyə təyin edilib.

Şəfiyev Samir Nizaməddin oğlu 1981-ci il sentyabr ayının 7-də Sumqayıt şəhərində doğulub. O, Azərbaycan Dövlət İncəsənət Universitetinin Rejissorluq fakültəsində (1999-2003) təhsil alıb. 2006-2009-cu illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında rejissor assistenti, daha sonra rejissor vəzifələrində çalışıb. 2012-ci ildən N. Nərimanov adına Sumqayıt şəhər mədəniyyət evinin, 2015-ci ildən isə N.Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb.