Parlamentin Hesablayıcı Komissiyasının tərkibi yenidən formalaşdırılıb

Parlamentin Hesablayıcı Komissiyasının tərkibi yenidən formalaşdırılıb

Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclasında “Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihəyə əsasən, Hesablayıcı Komissiyanın aşağıdakı tərkibdə yaradılması təklif olunur:

Eldar Quliyev

Elnur Allahverdiyev

Rauf Əliyev

Emin Hacıyev

Sevinc Hüseynova

Sədaqət Vəliyeva

Mixail Zabelin.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Beləliklə, parlamentin payız sessiyasında formalaşdırılan Hesablayıcı Komissiyasının tərkibi yaz sessiyasında dəyişməyib.