Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb - VİDEO

Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb - VİDEO

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. 

"Birxeber"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarusu qəbul edib. 

"Dalğa Arena"dakı qarşılaşmaya Azərbaycan millisi daha üstün başlayıb. 3-cü dəqiqədə Azər Salahlının zərbəsindən sonra top qapının yanından keçib. Ardınca qonaqlar fərqlənməyə yaxın olsa da, qapıçı Şahruddin Məhəmmədəliyev iki epizodda qola mane olub.

Epizodların birində Riçard Almeyda topu qapının üstündən vurub. Daha sonra Emin Mahmudovun cərimə zərbəsi təhlükəli alınıb, lakin qapıçı Pavel Pavlyuçenko topun qapıdan keçməsinə icazə verməyib. İlk hissənin sonlarında Şahruddin Məhəmmədəliyev növbəti dəfə komandanı real qoldan xilas edib. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

İkinci yarının əvvəlində də Azərbaycan yığması daha fəal olub. 46-cı dəqiqədə Abbas Hüseynovun zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb, Renat Dadaşovun zərbəsində isə dəqiqlik çatmayıb. 59-cu dəqiqədə zədələnən Eddi İsrafilovun yerinə meydana Coşqun Diniyev daxil olub. Mahir Emreli Renat Dadaşovu,  Anton Krivotsyuk isə Azər Salahlını əvəzləyib. 73-cü dəqiqədə Abbas Hüseynov yerini Namik Ələskərova, Riçard Almeyda isə Aleksey İsayevə verib. 

Azərbaycan yığması 76-cı dəqiqədə istəyinə çatıb. Mahir Emreli baxımlı qolla komandanı önə keçirib. 85-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdirməyə yaxın olsalar da, istəklərinə çata bilməyiblər. 87-ci dəqiqədə isə Ramil Şeydayev qapıçı səddini keçə bilməyib. Şeydayev 90+3-cü dəqiqədə topu rəqib qapıdan keçirməklə fərqi daha da artırıb. 

Beləliklə, rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb. Qrupun digər matçında Qazaxıstan evdə Slovakiyaya qalib gəlib - 2:1.

Komandalar arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya 0:1 hesabı ilə yenilib, III turda Qazaxıstanla heş-heçə edib - 1:1. Dörd oyundan sonra Qazaxıstan seçməsi 10 xalla liderdir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə iki xalla sonuncu yerdədir. 

21:32

Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyununda ilk qol vurulub. 

"Birxeber"un məlumatına görə, Azərbaycan millisi 76-cı dəqiqədə hesabı açıb. 

Mahir Emreli baxımlı qola imza atıb. 

20:59

Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyununda ikinci hissə başlayıb.

"Birxeber"un məlumatına görə, hələlik "Dalğa Arena"da oynanılan qarşılaşmada hesab açılmayıb.

20:46

Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyununda ilk hissə başa çatıb.

"Birxeber"un məlumatına görə, "Dalğa Arena"da keçirilən matçda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

20:00

Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunu başlayıb.

"Birxeber"un məlumatına görə, "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Anastasios Papapetrunun rəhbərlik etdiyi yunanıstanlı hakimlər idarə edir.

Futbol Futbol
Məşhur baş məşqçi istefaya göndərilib

Məşhur baş məşqçi istefaya göndərilib

Futbol Futbol
Polşalı məşqçi: “Neftçi”ni səhvlərə məcbur etdik”

Polşalı məşqçi: “Neftçi”ni səhvlərə məcbur etdik”

Futbol Futbol
Jelko Kopiç: "Emreli yüksək səviyyəsini göstərməkdədir"

Jelko Kopiç: "Emreli yüksək səviyyəsini göstərməkdədir"

Futbol Futbol
“Qarabağ”ın fransalı futbolçusu: “Əvvəlki zədəmi tam müalicə etməmişdim”

“Qarabağ”ın fransalı futbolçusu: “Əvvəlki zədəmi tam müalicə etməmişdim”

Futbol Futbol
"Bakcell Arena" ot örtüyü ilə əlaqədar təmirə bağlanır

"Bakcell Arena" ot örtüyü ilə əlaqədar təmirə bağlanır

Futbol Futbol
“Bavariya” klubu 12 illik məşqçisini istefaya göndərib

“Bavariya” klubu 12 illik məşqçisini istefaya göndərib

Futbol Futbol
Xorvatiyalı qapıçı: “Qarabağ” kimi güclü rəqibi möhtəşəm üslubla məğlub etməyimiz ümidvericidir”

Xorvatiyalı qapıçı: “Qarabağ” kimi güclü rəqibi möhtəşəm üslubla məğlub etməyimiz ümidvericidir”

Futbol Futbol
"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq

"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq

Futbol Futbol
Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Futbol Futbol
"Leyptsiq"in futbolçusu: "Belçika və Azərbaycanla oyunlar çətin keçəcək"

"Leyptsiq"in futbolçusu: "Belçika və Azərbaycanla oyunlar çətin keçəcək"

Futbol Futbol
FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

Futbol Futbol
Avropa Liqasında mövsümün son püşkü atılıb

Avropa Liqasında mövsümün son püşkü atılıb