MOK-un baş məsləhətçisi EYOF-un missiya rəhbərlərinin görüşündə iştirak edir
Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev Sloveniyanın Maribor şəhərində keçirilən Gənclərin Yay Olimpiya Festivalının (EYOF) missiya rəhbərlərinin görüşündə iştirak edir.
MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, festivalın keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən iştirakçılar yarışların baş tutacağı məkanlar, atletlər kəndi ilə yaxından tanış olublar.
Digər təşkilati məsələlərin də müzakirə edildiyi görüş zamanı atletərin yeləşdirilməsi və yaradılan şəraitlə bağlı məsələlərə aydınlıq gətirilib.
Qeyd edək ki, hələlik Azərbaycandan 6 növ üzrə (gimnastika, cüdo, üzgüçülük, velosiped, tennis və atletika) ümumilikdə 37 idmançı yarışlarda iştirak hüququ qazanıb.
2019-cu ildə Bakının ev sahibliyi etdiyi Gənclərin Yay Olimpiya Festivalı bu il 23-29 iyulda Mariborda keçiriləcək.