Azər Salahlı: "Əsas olan tilsimi qırmaq idi"

Azər Salahlı: "Əsas olan tilsimi qırmaq idi"

"Yaxşı oyun və yaxşı qələbə oldu. Bunu azarkeşlərimizə həsr edirik. Digər matçlarda da yaxşı oynamışdıq. Sadəcə, imkanlardan istifadə edə bilməmişdik. Bu dəfə isə 3 xal qazandıq".

"Birxeber"un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Azər Salahlı Bakıda Belarus yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Sol cinah müdafiəçisi bütün oyunların çətin keçdiyini bildirib: "Epizodları dəyərləndirə bilsəydik, daha asan olardı. Bu gün meydana son oyunumuz kimi çıxdıq. Sevindirici haldır ki, sonda qələbə qazandıq. Əsas olan tilsimi qırmaq idi. Qarşıdakı matçlarda da qalib gəlmək istəyirik".