Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Birxeber.Az"un xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

Bəşər övladını əxlaqi paklığa, humanizmə, birlik və bərabərliyə dəvət edən, insanların ruhunu və mənəviyyatını saflaşdıran mübarək Ramazan ayında müsəlmanlar Uca Yaradan qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmək fürsəti əldə edir, mənəvi kamilliyin və savab əməllərin sevincini yaşayırlar.

İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur.

Əziz bacı və qardaşlarım!

Cəmiyyətimizdə vəhdəti və həmrəyliyi daha da gücləndirən, xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən on bir ayın sultanı Ramazan ayı başa çatır. Bu mübarək bayram münasibətilə bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Allah orucunuzu, dua və niyyətlərinizi qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!"

Din Din
QMİ: "Müsəlman İranın Ermənistana hərtərəfli dəstəyi Azərbaycan xalqı tərəfindən qınanılır"

QMİ: "Müsəlman İranın Ermənistana hərtərəfli dəstəyi Azərbaycan xalqı tərəfindən qınanılır"

Din Din
QMİ: "İran Yuxarı Gövhərağa və Göy məscidi "bərpa" edərkən onun azərbaycanlılara məxsusluğunu dəyişdirib"

QMİ: "İran Yuxarı Gövhərağa və Göy məscidi "bərpa" edərkən onun azərbaycanlılara məxsusluğunu dəyişdirib"

Din Din
Dini Komitənin sədri: “Biz siyasi məqsəd üçün din amilindən istifadə edənlərlə mübarizə aparmalıyıq”

Dini Komitənin sədri: “Biz siyasi məqsəd üçün din amilindən istifadə edənlərlə mübarizə aparmalıyıq”

Din Din
Məscidlərdə ianələrin elektron şəkildə toplanması ilə bağlı yeni detallar açıqlanıb

Məscidlərdə ianələrin elektron şəkildə toplanması ilə bağlı yeni detallar açıqlanıb

Din Din
Mübariz Qurbanlı: "Erməni-qriqoryan Kilsəsinin Azərbaycan torpaqlarında yaratdığı ideoloji istehkamlar darmadağın edilib"

Mübariz Qurbanlı: "Erməni-qriqoryan Kilsəsinin Azərbaycan torpaqlarında yaratdığı ideoloji istehkamlar darmadağın edilib"

Din Din
Nərimanovdakı "Cümə" məscidinə yeni imam müavini təyin olunacaq

Nərimanovdakı "Cümə" məscidinə yeni imam müavini təyin olunacaq

Din Din
Allahşükür Paşazadə Bəhreynə gedir, Roma Papası ilə görüşə bilər

Allahşükür Paşazadə Bəhreynə gedir, Roma Papası ilə görüşə bilər

Din Din
Allahşükür Paşazadə Avstriyaya gedir

Allahşükür Paşazadə Avstriyaya gedir

Din Din
Allahşükür Paşazadə Roma Papasına məktub ünvanlayıb: "Aksiya Laçın-Xankəndi yoluna maneə yaratmır"

Allahşükür Paşazadə Roma Papasına məktub ünvanlayıb: "Aksiya Laçın-Xankəndi yoluna maneə yaratmır"

Din Din
İlahiyyat İnstitutundan 50 nəfər məzun olub

İlahiyyat İnstitutundan 50 nəfər məzun olub

Din Din
Dövlət Komitəsi və QMİ-nin əməkdaşları məhkumlarla görüşüb

Dövlət Komitəsi və QMİ-nin əməkdaşları məhkumlarla görüşüb

Din Din
Azərbaycandakı protestant xristian dini icma rəhbərləri beynəlxalq ictimaiyyətə müraciət edib

Azərbaycandakı protestant xristian dini icma rəhbərləri beynəlxalq ictimaiyyətə müraciət edib