NİİM dayanma və durma qaydalarını pozan sürücülərə müraciət edib

NİİM dayanma və durma qaydalarını pozan sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) dayanma və durma qaydalarını pozan sürücülərə müraciət edib.

Mərkəzin rəsmisi Rauf Mirqulamov “Birxeber.Az”a bildirib ki, bəzi sürücülər dayanma və durma qaydalarını pozduqları halda cərimə olunmaqdan yayınmaq üçün müxtəlif üsul və vasitələrə əl atırlar.

O qeyd edib ki, bu, NİİM tərəfindən paytaxt yollarında quraşdırılan kameralar vasitəsilə aparılan müşahidələrə əsasən müəyyən olunub: “Belə ki, bəzi hallarda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdıran müxtəlif örtüklər çəkməklə, avtomobilin yük yerinin qapısını açmaqla və ya kapotu açıb guya avtomobilin nasaz olmasını göstərməklə inzibati məsuliyyətdən yayınmağa çalışırlar. Təbii ki, bu və ya digər hallar araşdırılaraq bəzi sürücülərin məqsədyönlü davranışı üzə çıxarılır.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrinə əsasən dayanma və durma qaydalarının pozulmasına görə iyirmi və qırx manat məbləğində cərimə nəzərdə tutulubsa, Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir”.

“Göründüyü kimi, məsuliyyətdən yayınmaq məqsədilə törədilən bu kimi əməllər daha ciddi inzibati tənbehin tətbiq edilməsinə əsas yaradır. Odur ki, bir daha sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə və bu cür hallardan çəkinməyə çağırırıq”, - NİİM rəsmisi vurğulayıb.

HADİSƏ HADİSƏ
Xətai rayonunda 37 yaşlı kişini avtomobil vurub

Xətai rayonunda 37 yaşlı kişini avtomobil vurub

HADİSƏ HADİSƏ
İrandakı zəlzələ Naxçıvanda hiss olunub

İrandakı zəlzələ Naxçıvanda hiss olunub

HADİSƏ HADİSƏ
Bakıda ağır yol qəzası: Ölən və yaralananlar var - FOTO

Bakıda ağır yol qəzası: Ölən və yaralananlar var - FOTO

HADİSƏ HADİSƏ
Bakıda polislərə tabe olmayan avtoxuliqan həbs edilib

Bakıda polislərə tabe olmayan avtoxuliqan həbs edilib

HADİSƏ HADİSƏ
Balakən polisi müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən şəxsləri saxlayıb

Balakən polisi müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən şəxsləri saxlayıb

HADİSƏ HADİSƏ
Göygöldə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb

Göygöldə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb

HADİSƏ HADİSƏ
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir - SİYAHI

HADİSƏ HADİSƏ
Prokurorluq maşinistin iş başında ölməsi ilə bağlı araşdırmalara başlayıb

Prokurorluq maşinistin iş başında ölməsi ilə bağlı araşdırmalara başlayıb

HADİSƏ HADİSƏ
Zaqatalada məscidin nəzir qutusundan pul oğurlanıb

Zaqatalada məscidin nəzir qutusundan pul oğurlanıb

HADİSƏ HADİSƏ
Ötən gün borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılıb

Ötən gün borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılıb

HADİSƏ HADİSƏ
Nyu York metrosunda atışma olub, xəsarət alanlar var

Nyu York metrosunda atışma olub, xəsarət alanlar var

HADİSƏ HADİSƏ
Beyləqanda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib, araşdırma aparılır

Beyləqanda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib, araşdırma aparılır