Məktəbliləri daşıyan avtobusun qəzaya uğramasından sonra DİN hərəkətə keçdi - FOTO

Məktəbliləri daşıyan avtobusun qəzaya uğramasından sonra DİN hərəkətə keçdi - FOTO

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində turistləri daşıyan avtobuslara qarşı nəzarət-profilaktiki tədbir keçirib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Birxeber-ə verilən məlumatda bildirilir ki, keçirilən tədbir zamanı bir çox kobud qayda pozuntularına yol verən, sərnişinlərin mənzil başına təhlükəsiz çatmaları üçün tələb olunan normativlərə riayət etməyən sürücülər aşkarlanıblar:

“Normadan xeyli artıq sayda sərnişin daşıyan, qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıqlar quraşdırılmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan iri və kiçiktutumlu avtobuslar aşkarlanıb.

Sadalanan faktlarla bağlı sürücülər haqqında qanunamüvafiq tədbirlər görülüb.

Keçirilən tədbirlərlə bir daha sərnişindaşıma ilə məşğul olan sürücülərə normativ aktlar və qaydalar izah olunaraq bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçməlidirlər.

Sərnişindaşıma fəaliyyətilə məşğul olan, bu sahədə qayda pozuntularına yol verən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tədbirlər bundan sonra da davam etdiriləcək”.

Qeyd edək ki, iyunun 12-si saat 22:50 radələrində Bakı-Şamaxı yolunun 108-ci kilometrliyində Pərviz Quliyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtobus idarəetməni itirərək qəza törədib.

Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xatırladaq ki, iyunun 5-də Şəkidə də analoji hadisə baş vermişdi.

Birxeber
Sosial Sosial
Bakının bu iki qəsəbəsində su kəsiləcək

Bakının bu iki qəsəbəsində su kəsiləcək

Sosial Sosial
BNA: "27 marşrut xətti üzrə avtobusların intervallarında ləngimələr var"

BNA: "27 marşrut xətti üzrə avtobusların intervallarında ləngimələr var"

Sosial Sosial
Azərbaycanda donor bankı yaradıldı

Azərbaycanda donor bankı yaradıldı

Sosial Sosial
Bakı çimərliyində acınacaqlı vəziyyət: Kanalizasiya suları dənizə axıdılır - VİDEO

Bakı çimərliyində acınacaqlı vəziyyət: Kanalizasiya suları dənizə axıdılır - VİDEO

Sosial Sosial
Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib - FOTO

Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib - FOTO

Sosial Sosial
Bakıda avtobus sürücüləri sərnişinləri daşımaqdan imtina etdi - VİDEO

Bakıda avtobus sürücüləri sərnişinləri daşımaqdan imtina etdi - VİDEO

Sosial Sosial
Azərbaycanda bəzi mallara görə hesablanmış ƏDV azaldılacaq

Azərbaycanda bəzi mallara görə hesablanmış ƏDV azaldılacaq

Sosial Sosial
MSK Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqlənib

MSK Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqlənib

Sosial Sosial
“YouTube”a istifadəçilərin işini asanlaşdıracaq funksiya əlavə olunur

“YouTube”a istifadəçilərin işini asanlaşdıracaq funksiya əlavə olunur

Sosial Sosial
BDU-nun qarşısındakı "qıl körpüsü" problemini "həll" etdilər - FOTO

BDU-nun qarşısındakı "qıl körpüsü" problemini "həll" etdilər - FOTO

Sosial Sosial
Maaş azlığı jurnalistləri asılı vəziyyətə salır? - VİDEO

Maaş azlığı jurnalistləri asılı vəziyyətə salır? - VİDEO

Sosial Sosial
“Hagi-Vagi” oyuncağının qorxunc fəsadları: Mütəxəssislər nə deyir?

“Hagi-Vagi” oyuncağının qorxunc fəsadları: Mütəxəssislər nə deyir?