Əfqanıstanda rusiyalıları daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb

Əfqanıstanda rusiyalıları daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb

Rusiya Federasiyasının İstintaq Komitəsi Əfqanıstanda rusiyalıları daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “TASS”a komitədən bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin Moskva Hava və Su Nəqliyyatı üzrə İstintaq İdarəsi Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarının pozulması) cinayət işi açıb.

Qəza ilə bağlı araşdırma aparacaq İstintaq Komitəsinin müstəntiqləri Rusiya Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edəcək.

Xatırladaq ki, Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş “Falcon 10” təyyarəsi yanvarın 20-də axşam saatlarında Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 6 nəfər olub.