Aİ HƏMAS-ın maliyyələşdirilməsinə görə 6 nəfərə sanksiya tətbiq edib

Aİ HƏMAS-ın maliyyələşdirilməsinə görə 6 nəfərə sanksiya tətbiq edib

Avropa İttifaqı HƏMAS hərəkatının fəaliyyətini maliyyələşdirməyə kömək edən altı nəfəri sanksiyalar siyahısına əlavə edib.

Birxeber.Az-nın məlumatına görə, bu barədə müvafiq bəyanat Aİ-nin “Rəsmi Jurnal”ında dərc olunub.

Bildirilir ki, Aİ sanksiyalarına Sudan, Livan və HƏMAS Siyasi Bürosunun üzvü olan Fələstin vətəndaşları, həmçinin İordaniya vətəndaşı daxildir. Onların hamısı HƏMAS hesablarına pul köçürməsinə kömək ediblər.

Bundan əvvəl Aİ nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib ki, İttifaq HƏMAS üçün xüsusi sanksiya rejimi yaradıb. Bu rejim çərçivəsində təşkilatı maliyyələşdirən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək.