İrəvanda Leninqrad uşaqlarının xatirəsinə ucaldılan abidəni təhqir edən şəxsə ittiham irəli sürülüb

İrəvanda Leninqrad uşaqlarının xatirəsinə ucaldılan abidəni təhqir edən şəxsə ittiham irəli sürülüb

Ermənistan İstintaq Komitəsi İrəvanda blokadada olmuş Leninqrad uşaqlarının xatirəsinə ucaldılan abidəni təhqir edən Samvel Şirinyana qarşı ittiham irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə "Sputnik-Armenia"ya qurumun mətbuat katibi Qor Abramyan məlumat verib.

Qeyd edilib ki, rusofobik aksiyanı təşkil edən və videonu sosial şəbəkələrdə yerləşdirən Şirinyan düşmənçilik və nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyi qızışdırmaq, onu təbliğ etməkdə ittiham olunur.

Xatırladaq ki, yanvarın 29-da sosial şəbəkələrdə özünü S.Şirinyan kimi təqdim edən İrəvan sakini həmin abidənin önündəki çələngləri dağıdıb, Rusiya bayrağının rənglərinə uyğun lenti tapdalayıb və bu hərəkətlərini videoya çəkərək yayıb.