Aİ su resurslarının idarə edilməsində Azərbaycana dəstəyi davam etdirəcək

Aİ su resurslarının idarə edilməsində Azərbaycana dəstəyi davam etdirəcək

“Azərbaycan iqlim dəyişikliyi, xüsusilə su ehtiyatlarının azalması və nəticə etibarilə su təchizatı ilə bağlı problemlərlə üzləşir”.

“Birxeber.Az” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko İqlim dəyişikliyinin təsirlərinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda deyib.

“Azərbaycan iqlim dəyişikliyi, xüsusilə də su təchizatı məsələlərində çətinliklərlə üzləşir. Aİ su resurslarının idarə edilməsində dayanıqlı inkişafa nail olmaq üçün Azərbaycana dəstəyini davam etdirəcək. Azərbaycan həmçinin 2050-ci ilə qədər qaz emissiyalarını sıfıra endirməyi hədəfləyir”, - deyə o əlavə edib.

P.Mixalko bildirib ki, Aİ ilə Azərbaycan arasında yeni saziş üzərində iş davam edir və bu sənəddə bir çox sahələrə, o cümlədən ətraf mühit və dekarbonizasiya ilə bağlı məsələlərə toxunulacaq: “Aİ iqlim baxımından neytral və dayanıqlı inkişafı, inklüziv “yaşıl” dairəvi iqtisadiyyata keçidi, ekosistemlərin, təbii ehtiyatların, həmçinin qlobal ümumi nemətlərin qorunması və davamlı istifadəsini təşviq etmək yolu ilə beynəlxalq əməkdaşlığa üstünlük verir”.

O vurğulayıb ki, Aİ və Azərbaycan hökuməti arasında güclü tərəfdaşlığın bir hissəsi olan “EU4Climate” proqramı çərçivəsində Avropa İttifaqı iqlim dəyişikliyi ilə mübarizə üzrə milli səviyyədə müəyyən edilmiş məqsədləri yeniləmək və genişləndirmək öhdəliyində Azərbaycana dəstək göstərir: "Bu öhdəliklər iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin milli inkişaf planına inteqrasiyası üçün Paris Sazişinə uyğun olaraq formalaşır. İqlim dəyişikliyi ilə bağlı qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılması da çox vacibdir”.

Xarici siyasət Xarici siyasət
İsrail Prezidenti: “İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq”

İsrail Prezidenti: “İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq”

Xarici siyasət Xarici siyasət
DYP Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarına müraciət edib

DYP Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarına müraciət edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri sərhədlərin delimitasiyasını müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri sərhədlərin delimitasiyasını müzakirə ediblər - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Sergey Lavrov: "İran Azərbaycanın diplomatik missiyasına qanlı hücumun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görməlidir"

Sergey Lavrov: "İran Azərbaycanın diplomatik missiyasına qanlı hücumun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görməlidir"

Xarici siyasət Xarici siyasət
XİN: "Ermənistanın qeyri-səmimi davranışı öncədən əldə edilmiş bütün qarşılıqlı razılaşmalara zərbə vurur"

XİN: "Ermənistanın qeyri-səmimi davranışı öncədən əldə edilmiş bütün qarşılıqlı razılaşmalara zərbə vurur"

Xarici siyasət Xarici siyasət
Ukrayna səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Ukrayna səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Xarici siyasət Xarici siyasət
ABŞ azərbaycanlıları Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplayır

ABŞ azərbaycanlıları Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplayır

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Xarici siyasət Xarici siyasət
Məzahir Pənahov Özbəkistanda prezident seçkilərini müşahidə edəcək

Məzahir Pənahov Özbəkistanda prezident seçkilərini müşahidə edəcək

Xarici siyasət Xarici siyasət
Türkiyəli nazir: “Azərbaycanın azad olunan ərazilərinə gedəndə 30 illik zülmün bitdiyini görürük”

Türkiyəli nazir: “Azərbaycanın azad olunan ərazilərinə gedəndə 30 illik zülmün bitdiyini görürük”

Xarici siyasət Xarici siyasət
Kailaş Satyarti: "Qlobal Bakı Forumu hazırkı zamanda çox böyük önəm daşıyır"

Kailaş Satyarti: "Qlobal Bakı Forumu hazırkı zamanda çox böyük önəm daşıyır"

Xarici siyasət Xarici siyasət
Şarl Mişel: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müzakirəsini davam etdirdik”

Şarl Mişel: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müzakirəsini davam etdirdik”