Spiker: Avropada müəyyən qüvvələr Azərbaycanın qələbəsi ilə heç cür barışa bilmir

Spiker: Avropada müəyyən qüvvələr Azərbaycanın qələbəsi ilə heç cür barışa bilmir

Avropada müəyyən qüvvələr Azərbaycanın qələbəsi ilə heç cür barışa bilmir.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Azərbaycanın nümayəndə heytinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətinin dayandırılması qərara alınıb: "Bu qərar ölkəmizə qarşı irəli sürülmüş əsassız və qondarma ittihamlara cavab olaraq qəbul edilib. Azərbaycana qarşı qərəzin siyasi səbəbləri hamıya məlumdur. Avropada müəyyən qüvvələr 44 günlük vətən müharibəsində Azərbaycanın qələbəsi və suverenliyinin bərpası reallığı ilə heç cür barışa bilmirlər. Bu, Cənubi Qafqazda yeni reallıqlara ciddi zərbədir”.

Sahibə Qafarova qeyd edib ki, Milli Məclisin fəaliyyəti Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin qanunvericilik müstəvisində dəstəklənməsinə yönəlib.