Sumqayıtda içində 28 800 manat və qızıl olan seyf oğurlanıb

Sumqayıtda içində 28 800 manat və qızıl olan seyf oğurlanıb

Sumqayıtda içində 28 800 manat pul və qızıl olan seyf oğurlanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə yanvarın 25-nə keçən gecə şəhər ərazisində 28 800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.