Ərdoğan: “Qərbə etibar yoxdur”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi yalanlarda ittiham edib.
Birxeber "Oxu.az"a istinadən xəbər verir ki, o, bu barədə Vanda gənclərlə görüşündə bildirib.
“Aldada bilməzsən, Miçotakis (Yunanıstanın baş naziri – red.). Deyəndə ki, o bazaları niyə tikmisən, rusların əleyhinə deyirlər. Nə etdin, Ukraynaya qarşı ruslara dəstək oldun? Hər şeyi yalan. Qərbə etibar yoxdur. O gündən bəri gördükləri işlərlə, hətta Avropa İttifaqı məsələsilə də başımızı qatırlar. Niyə? Bunlarda yalanlar baş alıb gedib”, - deyə dövlət başçısı bəyan edib.
Birxeber