Ukraynadakı azərbaycanlılar nədən narazıdırlar? - ARAŞDIRMA

Ukraynadakı azərbaycanlılar nədən narazıdırlar? - ARAŞDIRMA

Artıq bir ildən çoxdur Ukraynada genişmiqyaslı müharibə gedir. Rusiyanın hücumu fonunda bu ölkədə müxtəlif şəhər və kəndlər dağıntılara məruz qalır. Burada azərbaycanlılar da az yaşamır. Ukraynada Azərbaycan diasporu, bu ölkədə yaşayan azərbaycanlılar müharibə müddətində də fəal oldular. Azərbaycan dövləti ilə yanaşı, bu ölkədə yaşayan azərbaycanlılar da humanitar yardımların fəal iştirakçısıdırlar. Amma həmvətənlərimizin ciddi narazı qaldığı məsələlər də var. Onların bir qismi "Report"un Şərqi Avropa bürosuna öz narazılıqları haqda danışıblar.

Kiyevdə fəal diaspor nümayəndəsi olan Yalçın Qəhrəmanoğlu uzun illərdir Ukraynada böyük Azərbaycan diasporunun mövcudluğunu xatırladaraq deyir ki, müharibənin ilk günündən ölkədədirlər və ictimai-humanitar sahədə fəaldırlar:

Yalçın Qəhrəmanoğlu
Yalçın Qəhrəmanoğlu

"Ukraynanın müxtəlif şəhər və kəndlərində azərbaycanlılar yaşayır. Bu müharibə dövründə ağır durumla rastlaşdıq (təxliyə, humanitar yardımlar məsələsi). Bu, indi də davam edir. Xeyli azərbaycanlının həlak olduğunu nəzərə alsaq, kifayət qədər çətinliklərimiz olur. Amma biz - buradakı azərbaycanlılar özümüz yığışıb məsələləri yoluna qoyuruq. Təəssüf ki, Azərbaycanın Ukraynadakı səfirliyi görsənmir. Sanki yoxdurlar. Nəinki yuxarıda sadaladığım məsələlərdə dəstəklərini və ya fəaliyyətlərini görmürük, ümumiyyətlə bu səfirliyə düşmək olmur. Qardaş Türkiyənin buradakı səfirliyi ilk gündən ən fəal xarici diplomatik orqanlardandır. Onlar hətta bizə də dəstək oldular. Türkiyənin Ukraynadakı səfiri şəxsən mənə belə zəng edib ehtiyaclarımızı soruşub. Amma təəssüf ki, Azərbaycanın buradakı səfirliyindən tam bunun əksini görürük. Azərbaycan dövləti Ukraynaya humanitar yardımlarda fəaldır. Azərbaycanın və azərbaycanlıların Ukraynada böyük nüfuzu var. Çox istərdik ki səfirliyimizin, buradakı diplomatlarımızın da buna uyğun fəaliyyətləri olsun", - o əlavə edib.

Mətləb Nəcəfov
Mətləb Nəcəfov

Artıq ikinci ildir Ukraynada müharibə şəraitində yaşadıqlarını xatırladan İvano Frankovsk vilayəti azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, ilk günlər olduqca dəhşətli anlar yaşayıblar:

"İlk günlərdən əsasən Ukraynanın Luqansk, Donetsk, Xarkov, Xerson, Dnepropetrovsk və Kiyev vilayətlərindən həmyerlilərimizin kütləvi təxliyəsinə ehtiyac oldu. Bu proseslərdə üzərimizdə ağır yük hiss etdik. Amma çox təəssüf ki, Azərbaycanın Ukraynadakı səfirliyinin normal bir köməyini hiss etmədik. Halbuki buna ehtiyacımız var. Səfirliyimizin buradakı azərbaycanlılara köməyi sıfır dərəcəsindədir. Məsələn, qardaş Türkiyənin buradakı səfirliyinin daha çox fəaliyyətini hiss edirik, nəinki öz səfirliyimizin. Bəli, Azərbaycan dövləti Ukraynaya çox fəal humanitar yardım göstərir və bu, burada bizim başımızı çox uca edir. Amma təəssüf ki, səfirliyimizin biz azərbaycanlıların ehtiyacı fonunda normal fəaliyyəti yoxdur. Azərbaycanlıların bu gün Ukraynada normal Azərbaycan səfirliyinin fəaliyyətinə ehtiyacı var. Biz çox istərdik ki, tezliklə burada öz səfirliyimizin fəaliyyətini hiss edək", - Konqres rəhbəri vurğulayıb.

İsgəndər Vəliyev
İsgəndər Vəliyev

Ukraynada müharibənin ilk günündən əvvəlcə mühasirə, ardınca digər çətinliklər yaşadıqlarını deyən Çerniqov vilayəti azərbaycanlılar Konqresinin sədri İsgəndər Vəliyev bildirib ki, yaşadıqları ərazi müharibə dövrünün ən ağır bölgələrindəndir:

"İlk günlərdən həmyerlilərimizin təxliyəsindən tutmuş, qida yardımına qədər diaspor olaraq əlimizdən gələni edirik. Hətta həlak olan həmyerlilərimizin nəşinin Azərbaycana göndərilməsini də özümüz edirik. Çox təəssüf ki, bütün bunları Çerniqovda tək edirik. Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən köməklik görmürük. Özümüz də müraciət edəndə qəbula düşə bilmirik. Ukraynada genişmiqyaslı müharibə gedir. İlk günlərdən çəkdiyimiz əziyyəti sözlə ifadə etmək mümkün deyil. Bir çox - istər inzibati, istərsə də mənəvi məsələlərdə səfirliyimizin fəaliyyətinə ehtiyacımız var. Amma təəssüf ki, o yoxdur", - İ.Vəliyev fikrini tamamlayıb.

Diaspor Diaspor
Ukraynada müharibə cinayətlərini ifşa edən azərbaycanlı - REPORTAJ

Ukraynada müharibə cinayətlərini ifşa edən azərbaycanlı - REPORTAJ

Diaspor Diaspor
Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub

Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub

Diaspor Diaspor
Amerika Azərbaycanlıları Koordinasiya Şurası Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Amerika Azərbaycanlıları Koordinasiya Şurası Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Diaspor Diaspor
Nyu-Yorkda Novruz bayramı qeyd edilib

Nyu-Yorkda Novruz bayramı qeyd edilib

Diaspor Diaspor
Azərbaycanlı gənc Ukraynada nazir müavini təyin olunub

Azərbaycanlı gənc Ukraynada nazir müavini təyin olunub

Diaspor Diaspor
İsveçdə yaşayan güney azərbaycanlı jurnalist Şuşaya səfər edib

İsveçdə yaşayan güney azərbaycanlı jurnalist Şuşaya səfər edib

Diaspor Diaspor
Britaniya hökuməti Ermənistanı azərbaycanlı əsir əsgərlərlə beynəlxalq hüquqa uyğun davranmağa çağırıb

Britaniya hökuməti Ermənistanı azərbaycanlı əsir əsgərlərlə beynəlxalq hüquqa uyğun davranmağa çağırıb

Diaspor Diaspor
Davosda azərbaycanlı ekofəallara dəstək nümayiş etdirilib

Davosda azərbaycanlı ekofəallara dəstək nümayiş etdirilib

Diaspor Diaspor
Moldova azərbaycanlıları BMT-nin Kişinyovdakı nümayəndəliyi qarşısında aksiya keçirib

Moldova azərbaycanlıları BMT-nin Kişinyovdakı nümayəndəliyi qarşısında aksiya keçirib

Diaspor Diaspor
Ukrayna Azərbaycanlıları Radası əsir hərbçilərimizin dərhal azad olunmasını tələb edib

Ukrayna Azərbaycanlıları Radası əsir hərbçilərimizin dərhal azad olunmasını tələb edib

Diaspor Diaspor
Polşada “Şuşa ili” və Zəfər Gününə həsr edilmiş konsert keçirilib

Polşada “Şuşa ili” və Zəfər Gününə həsr edilmiş konsert keçirilib

Diaspor Diaspor
Berlində güney azərbaycanlılar etiraz aksiyası keçirib - YENİLƏNİB-2

Berlində güney azərbaycanlılar etiraz aksiyası keçirib - YENİLƏNİB-2