Yaponiyanın qərbində iki təyyarə toqquşub

Yaponiyanın qərbində iki təyyarə toqquşub

Yaponiyanın qərbində iki təyyarə toqquşub.

APA TASS-a istinadən xəbər verir ki, Osaka və Hyoqo prefekturaları sərhədindəki hava limanında All Nippon Airways-ə məxsus iki təyyarə toqquşub.

Hadisə zamanı sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Kyodo agentliyinin verdiyi məlumata görə, insident yerli vaxtla saat 10:10-da Kansay Beynəlxalq Hava Limanının daxili reyslərə xidmət göstərən hissəsində baş verib.

Toqquşmanın səbəbi barədə məlumat verilmir