Prokurorluq orqanları beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir

Prokurorluq orqanları beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Bu çərçivədə qeyd edilməlidir ki, ölkəmiz 2006-2010-cu illərdə OECD-nin I, 2010-2013-cü illərdə II, 2013-2016-cı illərdə III, 2016-2019-cu illərdə IV Monitorinq Mərhələlərini uğurla tamamlayaraq uyğunluq hesabatı əldə edib. Xüsusilə vurğulanmalıdır ki, monitorinqlər çərçivəsində milli qanunvericiliyin, həmçinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaşlara göstərilən xidmət meyarlarının beynəlxalq standartlar səviyyəsinə çatdırılması istiqamətində əhəmiyyətli dəyişikliklər edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilib ki, uğurlu əməkdaşlığın təzahürü kimi ölkəmizin OECD tərəfindən növbəti V raund qiymətləndirilməsi prosesi çərçivəsində müvafiq müsahibələrin həyata keçirilməsi məqsədilə həmin qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin ekspertlərindən ibarət nümayəndə heyətinin cari ilin 17-21 aprel tarixlərini əhatə edəcək Bakı şəhərinə səfəri başlayıb.

Tədbirin ilk günü açılış nitqi ilə çıxış edən OECD üzrə Milli Koordinator - Baş Prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə ətraflı məlumat verib, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayaraq, OECD ilə uğurlu əməkdaşlığın nəticəsi kimi həmin təşkilatın tövsiyələri əsasında milli qanunvericilikdə mütərəqqi dəyişikliklər edilməsini ekspert heyətinin diqqətinə çatdırıb, habelə, hazırki dəyərləndirmənin milli qanunvericiliyin beynəlxalq standartlar əsasında qiymətləndirilərək təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Bundan sonra OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin sədri Draqo Kos və Ekspertlər Qrupunun rəhbəri Jolita Vasiliaskuayte Şəbəkənin hazırki fəaliyyəti haqqında ətraflı məlumat verib, ölkəmizdə həyata keçirilən anti-korrupsiya islahatları, hazırki dövrədək keçirilmiş qiymətləndirmə proseslərinə dair öz müsbət fikirlərini bölüşüb, daha sonra ölkəmizin OECD tərəfindən 5-ci raund çərçivəsində qiymətləndirilməsi prosesinə dair zəruri məsələlər üzrə çıxış edib.

Hazırda ölkəmizin OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi tərəfindən V raund qiymətləndirilməsi çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, həmçinin vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə müsahibələrin həyata keçirilməsi prosesi davam edir.

HADİSƏ HADİSƏ
Bakı sakini özünü dördüncü mərtəbədən atıb

Bakı sakini özünü dördüncü mərtəbədən atıb

HADİSƏ HADİSƏ
Bakıda qadın qəza törədib, ölən və yaralananlar var

Bakıda qadın qəza törədib, ölən və yaralananlar var

HADİSƏ HADİSƏ
Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb

Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb

HADİSƏ HADİSƏ
Kürdəmirdə 2 il əvvəl törədilən oğurluğun üstü açılıb

Kürdəmirdə 2 il əvvəl törədilən oğurluğun üstü açılıb

HADİSƏ HADİSƏ
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

HADİSƏ HADİSƏ
Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb

Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb

HADİSƏ HADİSƏ
Şamaxıda yük avtomobili aşıb, ölən var

Şamaxıda yük avtomobili aşıb, ölən var

HADİSƏ HADİSƏ
Masallı sakinində külli miqdarda psixotrop maddə aşkarlanıb

Masallı sakinində külli miqdarda psixotrop maddə aşkarlanıb

HADİSƏ HADİSƏ
Avtoxuliqanlıq edərək bunu sosial şəbəkədə paylaşan sürücü son bir ildə 7-ci dəfə cəzalandırılıb

Avtoxuliqanlıq edərək bunu sosial şəbəkədə paylaşan sürücü son bir ildə 7-ci dəfə cəzalandırılıb

HADİSƏ HADİSƏ
Lənkəran sakini qardaşını bıçaqlayıb

Lənkəran sakini qardaşını bıçaqlayıb

HADİSƏ HADİSƏ
Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb - YENİLƏNİB

Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Cəlilabadda magistral yolda hərəkət bərpa edilib - YENİLƏNİB-2

Cəlilabadda magistral yolda hərəkət bərpa edilib - YENİLƏNİB-2