Müəllim və şagirdləri daşıyan avtobus qəzaya uğradı:

Müəllim və şagirdləri daşıyan avtobus qəzaya uğradı:

Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib.

Birxeber xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır.

Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri, müəllim və bir qrup valideyndən ibarət olub.

Məktəb rəhbərliyinin verdiyi məlumatda əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.

Son məlumata görə, Qəbələdən Bakıya turistləri aparan avtobusun Şamaxıda qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub. Birxeber-nın xəbərinə görə, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Hadisə nəticəsində Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli, Əmircan qəsəbəsi sakinləri 1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı, 2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı, 2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı, 1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı, 1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı, 1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı, 2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı, 2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.

Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edən avtobusda olan 55 sərnişinin əksəriyyəti orta məktəblərin müəllim və şagirdləri, onların valideynləri olub.

“Qafqazinfo”nun sorğusuna cavab olaraq, TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova deyib ki, 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.

2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu qoyulub.

Birxeber

VİDEO
HADİSƏ HADİSƏ
Müdafiə Nazirliyindən avtoxuliqanlıq edən əsgərlə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyindən avtoxuliqanlıq edən əsgərlə bağlı AÇIQLAMA

HADİSƏ HADİSƏ
Bakıda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb

HADİSƏ HADİSƏ
Goranboy sakinində avtomat və narkotik aşkarlanıb

Goranboy sakinində avtomat və narkotik aşkarlanıb

HADİSƏ HADİSƏ
Hirkan Milli Parkında yanğın başlayıb

Hirkan Milli Parkında yanğın başlayıb

HADİSƏ HADİSƏ
Ələtdə qətl törətməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Ələtdə qətl törətməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Gədəbəydə avtomobil qəzasında sürücü ölüb, sərnişin xəsarət alıb

Gədəbəydə avtomobil qəzasında sürücü ölüb, sərnişin xəsarət alıb

HADİSƏ HADİSƏ
Astarada Azərbaycana 42 kq narkotik keçirilməsinin qarşısı alınıb

Astarada Azərbaycana 42 kq narkotik keçirilməsinin qarşısı alınıb

HADİSƏ HADİSƏ
"Tərtər işi” üzrə həbs olunan daha 7 nəfərin hökmü ləğv edilib - YENİLƏNİB-2

"Tərtər işi” üzrə həbs olunan daha 7 nəfərin hökmü ləğv edilib - YENİLƏNİB-2

HADİSƏ HADİSƏ
Azərbaycanda ağır yol qəzası: 1 ailənin 5 üzvü xəsarət aldı - ADLAR

Azərbaycanda ağır yol qəzası: 1 ailənin 5 üzvü xəsarət aldı - ADLAR

HADİSƏ HADİSƏ
Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

HADİSƏ HADİSƏ
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti vəfat edib

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti vəfat edib

HADİSƏ HADİSƏ
Həbsdə olan əmisi oğluna narkotik keçirmək istəyən şəxs saxlanılıb

Həbsdə olan əmisi oğluna narkotik keçirmək istəyən şəxs saxlanılıb