ARAF-ın baş katibi: "Çövkən idman növünün beynəlxalq status alması tarixi andır"

ARAF-ın baş katibi: "Çövkən idman növünün beynəlxalq status alması tarixi andır"

"Bu, bizim atçılıq idmanı üçün tarixi andır. Çünki Azərbaycanın ən qədim oyunlarından biri olan çövkən beynəlxalq status alır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının I Baş Assambleyasının Bakıda keçirilməsi ilə bağlı danışarkən deyib.

ARAF rəsmisi bu gün start götürən toplantıda qurumun Əsasnaməsinin təsdiq olunacağını bildirib: "Rəhbər vəzifələrə, prezident və vitse-prezident postlarına seçkilər keçiriləcək. Burada dünyanın bütün qitələrini əhatə edən 19 ölkə iştirak edir. Onların hər birinin səsi önəmlidir. Bu, Azərbaycan üçün ilkdir. İlk dəfə bizim idman növü beynəlxalq status alır. Ümid edirəm ki, bütün tədbirlər uğurlu alınacaq və sabah bu federasiyanın yaranmasını açıqlayacağıq".