Qardaşlar 11 minlik qızıl oğurladı - FOTO

Qardaşlar 11 minlik qızıl oğurladı - FOTO

Qax şəhəri ərazisində yerləşən mənzillərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkən ev sahibi Rayon Polis Şöbəsinə etdiyi müraciətində ona 11 000 manat dəyərində maddi ziyan dəydiyini bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Birxeber-ə verilən məlumata görə, hadisə ilə bağlı polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri - əvvəllər də oğurluğa görə 4 dəfə məhkum olunmuş Elxan Canımov və onun qardaşı Seymur Canımov saxlanılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, qardaşlar əvvəlcədən əlbir olaraq oğurluq etmək məqsədilə Zaqatala rayonundan velosipedlə Qaxa gəliblər. Burada niyyətlərini həyata keçirdikdən sonra oğurladıqları qızıl-zinət əşyalarını Zaqatala və Şəki şəhərlərindəki qızıl qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satıblar.

Polis əməkdaşları tərəfindən həmin məntəqələr müəyyən olunub və saxlanılan şəxslərin yaşadığı ünvandan qızılların bir qismi maddi sübut kimi götürülüb.Onlar ifadələrində əməllərini etiraf edib və əldə etdikləri pulu əyləncələrinə xərclədiklərini bildiriblər.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Birxeber
HADİSƏ HADİSƏ
Şəkidə mağaza yanıb 

Şəkidə mağaza yanıb 

HADİSƏ HADİSƏ
Dövlət Komitəsindən sığınacaqda uşaqlara əzab verilməsi ilə bağlı açıqlama

Dövlət Komitəsindən sığınacaqda uşaqlara əzab verilməsi ilə bağlı açıqlama

HADİSƏ HADİSƏ
Şəhid kapitanın polkovnik atası dünyasını dəyişdi - FOTO

Şəhid kapitanın polkovnik atası dünyasını dəyişdi - FOTO

HADİSƏ HADİSƏ
Bakıda QƏZA: Avtomobil altı yaşlı uşağı vurdu

Bakıda QƏZA: Avtomobil altı yaşlı uşağı vurdu

HADİSƏ HADİSƏ
DİN: Kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

DİN: Kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

HADİSƏ HADİSƏ
6 marşrut avtobusu, 12 avtobus tıxacda qaldı - SİYAHI

6 marşrut avtobusu, 12 avtobus tıxacda qaldı - SİYAHI

HADİSƏ HADİSƏ
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

HADİSƏ HADİSƏ
Samuxda 37 yaşlı kişi qətlə yetirildi

Samuxda 37 yaşlı kişi qətlə yetirildi

HADİSƏ HADİSƏ
FHN əməkdaşları batan 2 nəfəri xilas etdi

FHN əməkdaşları batan 2 nəfəri xilas etdi

HADİSƏ HADİSƏ
Bakıda qəza törədən sürücü 4 gün sonra öldü

Bakıda qəza törədən sürücü 4 gün sonra öldü

HADİSƏ HADİSƏ
Bakıda avtomobil 9 yaşlı uşağı vuraraq ağır xəsarət yetirib  

Bakıda avtomobil 9 yaşlı uşağı vuraraq ağır xəsarət yetirib  

HADİSƏ HADİSƏ
Bakıda şirkətin pulunu mənimsəyən şəxsə elektron qolbaq taxılıb

Bakıda şirkətin pulunu mənimsəyən şəxsə elektron qolbaq taxılıb