Kanadada meymunçiçəyinə yoluxanların sayı kəskin artıb
Kanadada meymunçiçəyinə yoluxanların sayı 112-yə yüksəlib.
“Birxeber” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Məlumata görə, yoluxmuşların əksəriyyəti - 98 nəfər Kvebek əyalətində müəyyən edilib. Ontarioda doqquz, Albertada isə daha dörd nəfər yoluxub. İlk xəstə Britaniya Kolumbiyasında qeydə alınıb.
Xatırladaq ki, bir həftə əvvəl qurum 71 belə hal barədə məlumat vermişdi.