Müharibə Araşdırmaları İnstitutu: "Rusiya bir neçə istiqamətdə uğursuz həmlələr edib"

Müharibə Araşdırmaları İnstitutu: "Rusiya bir neçə istiqamətdə uğursuz həmlələr edib"

Rusiya qoşunları Lisiçanskı mühasirəyə almağa çalışırlar, lakin həmlə zamanı səhvə yol verib uğursuzluğa düçar olurlar. İşğalçı qüvvələr Siverski Donets üzərindən iki körpünü ələ keçirməyə cəhd etməli olduğu halda onları dağıdıblar.

“Birxeber” xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya qüvvələri ağır artilleriya atəşinin yardımı ilə Severodonetsk və onun ətrafına quru hücumlarını davam etdirirlər, lakin iyunun 12-nə kimi onlar şəhər üzərində tam nəzarəti bərqərar etməyiblər. Həmçinin rusiyalılar Vrubivka və Mikolaivkada uğursuz hücum əməliyyatları keçiriblər.

Analitiklərinin fikrincə, işğalçı qüvvələr, yəqin ki, ya Toşkivka ərazisindən, ya da Popasnadan şimala keçərək Lisiçanskı mühasirəyə ala və ya Siverski Donetsinin qərb sahilindən hücuma keçə biləcəklərini güman edirlər.

Eyni zamanda Rusiya qoşunlarının Toşkivkaya növbəti hücum cəhdi də uğursuz alınıb.

İşğalçılar Severodonetsk və Lisiçansk arasında Siverski Donets çayı üzərindən iki körpünü dağıdıblar və üçüncü körpünü də kütləvi atəşə tuturlar:

“Rusiya qoşunları prinsipcə körpüləri dağıtmağa yox, ələ keçirməyə çalışmalıdırlar, çünki onların Siverski Donets çayını keçməkdə problemləri var. Onlar Severodonetskdə ukraynalı müdafiəçilərin qarşısını kəsərək onların qaçış yolunu kəsməyə ümid edə bilərlər, lakin çətin ki nisbətən az sayda Ukrayna hərbçisinin ələ keçirilməsinin faydası çay üzərindən keçid yaratmaqdan daha əlverişlidir”.

Analitiklər vurğulayıblar ki, Rusiya qüvvələri İzyumla Slovyansk arasında yerləşən Dovgenke, Dolina və Mazanivkada da irəliləməyə uğursuz cəhdlər ediblər.

Region Region
Ərdoğan Türkiyənin Pakistana hər cür dəstək verəcəyini bildirib

Ərdoğan Türkiyənin Pakistana hər cür dəstək verəcəyini bildirib

Region Region
Sergey Bratçuk: "Rusiya Odessanı sahildən mühasirəyə alır"

Sergey Bratçuk: "Rusiya Odessanı sahildən mühasirəyə alır"

Region Region
Nikol Paşinyanın Rusiyaya səfəri başlayıb

Nikol Paşinyanın Rusiyaya səfəri başlayıb

Region Region
Putin: "Rusiya Ukraynanın Aİ-yə daxil olmasına qarşı deyil"

Putin: "Rusiya Ukraynanın Aİ-yə daxil olmasına qarşı deyil"

Region Region
İraqda 6 terrorçu zərərsizləşdirilib

İraqda 6 terrorçu zərərsizləşdirilib

Region Region
Zaxarova: "Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməkdə qərarlıdır"

Zaxarova: "Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməkdə qərarlıdır"

Region Region
Ukrayna DİN: “Rusiya qoşunları növbəti dəfə Kiyevə hücum edə bilər”

Ukrayna DİN: “Rusiya qoşunları növbəti dəfə Kiyevə hücum edə bilər”

Region Region
Rusiya XİN: "İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ən arzuolunmaz nəticə verəcək”

Rusiya XİN: "İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ən arzuolunmaz nəticə verəcək”

Region Region
Türkiyədə tələbələri daşıyan mikroavtobus qəzaya uğrayıb, onlarla yaralı var

Türkiyədə tələbələri daşıyan mikroavtobus qəzaya uğrayıb, onlarla yaralı var

Region Region
Türkiyə MN: "İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayı 63-ə çatıb"

Türkiyə MN: "İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayı 63-ə çatıb"

Region Region
Ukrayna MN: "Rusiyanın 24 200 hərbçisi məhv edilib"

Ukrayna MN: "Rusiyanın 24 200 hərbçisi məhv edilib"

Region Region
Türkmənistanda beynəlxalq nəqliyyat forumu keçiriləcək

Türkmənistanda beynəlxalq nəqliyyat forumu keçiriləcək