Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 126 gündür yüksək fəallıqla davam edir

Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 126 gündür yüksək fəallıqla davam edir

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 126 gündür davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 23 avtomobili maneəsiz keçib - YENİLƏNİB-3

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 23 avtomobili maneəsiz keçib - YENİLƏNİB-3

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının təminat avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib  

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının təminat avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib  

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 47 avtomobili maneəsiz keçib - YENİLƏNİB-8

Xankəndi-Laçın yolunda sülhməramlıların 47 avtomobili maneəsiz keçib - YENİLƏNİB-8

QARABAĞ QARABAĞ
İtaliya səfirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

İtaliya səfirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri hər iki istiqamətə maneəsiz hərəkət ediblər - YENİLƏNİB 

Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri hər iki istiqamətə maneəsiz hərəkət ediblər - YENİLƏNİB 

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 5 avtomobilinin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB-3

Xankəndi-Laçın yolunda sülhməramlıların 5 avtomobilinin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB-3

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda ekoaksiyanın 72-ci günü: tələblər dəyişməz, şüarlar eyni

Xankəndi-Laçın yolunda ekoaksiyanın 72-ci günü: tələblər dəyişməz, şüarlar eyni

QARABAĞ QARABAĞ
Emin Hüseynov: "Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır"

Emin Hüseynov: "Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır"

QARABAĞ QARABAĞ
Bu gün Xankəndidən Laçına daha 2 avtomobil maneəsiz keçid edib - YENİLƏNİB

Bu gün Xankəndidən Laçına daha 2 avtomobil maneəsiz keçid edib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
UNDP ANAMA-nın minatəmizləmə üzrə qabaqcıl təcrübə mərkəzinə çevrilməsinə kömək edir

UNDP ANAMA-nın minatəmizləmə üzrə qabaqcıl təcrübə mərkəzinə çevrilməsinə kömək edir

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 42 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4

Xankəndi-Laçın yolunda sülhməramlıların 42 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolu: etirazçılar tələblərinin yerinə yetirilməsi ilə bağlı çağırışlar edirlər 

Xankəndi-Laçın yolu: etirazçılar tələblərinin yerinə yetirilməsi ilə bağlı çağırışlar edirlər