Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 9-da saat 09:30-da Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək.

“Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən məlumat verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Qəbul Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula fevralın 8-nə qədər RİNN-nin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin (010) 250-48-48 və (012) 598-58-58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.