Lerikdə istirahət mərkəzində yanğın olub

Lerikdə istirahət mərkəzində yanğın olub

Lerikdə yanğın hadisəsi baş verib.

Birxeber.Az-nın cənub bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi gecə saat 3 radələrində Lənkəran-Lerik magistralında yerləşən "Təbəssüm" istirahət mərkəzində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) texnika və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın lokallaşdırılıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə ilə bağlı FHN də məlumat yayıb. Birxeber.Az FHN-ə istinadən xəbər verir ki, Lerik rayonunun Sivəkəran kəndində istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan 3 ədəd kotteclərdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb.

Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.