Azərbaycan “Yaşıl Kart” sisteminə tam üzv olub

Azərbaycan “Yaşıl Kart” sisteminə tam üzv olub

İcbari Sığorta Bürosu (İSB) 10 illik sınaq müddəti bitmədən 5 il ərzində Bürolar Şurasının tam hüquqlu üzvü seçilib.

Bu barədə “Birxeber”a İSB-dən məlumat verilib.

Açıqlamada deyilir ki, İSB "Milli Yaşıl Kart" Bürosunun funksiyalarını həyata keçirir. Büro “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Bürolar Şurasına üzvlüyün ilk 10 illik müddəti keçici hüquqlu olmaqla tənzimlənir. Büronun fəaliyyətinin dəyərləndirilməsi nəticəsində keçici üzvlük statusu ləğv edilib və İcbari Sığorta Bürosu Bürolar Şurasının həqiqi üzvü seçilib. Bu barədə qərar Serbiyanın Belqrad şəhərində 2-3 iyun 2022-ci il tarixində keçirilmiş Bürolar Şurasının 56-cı Assambleyasında qəbul edilib.

İcbari Sığorta Bürosunun icraçı direktoru tədbirdə çıxış edərək 48 ölkə təmsilçilərinə qərarı dəstəklədikləri üçün təşəkkür etmiş, Türkiyə "Yaşıl Kart" Bürosu ilə birlikdə həyata keçirilən inteqrasiya barədə təqdimatı iştirakçıların diqqətinə çatdırıb. Ölkəmizin regionda beynəlxalq logistika mərkəzinə çevrildiyi bir dövrdə belə bir nəticənin əldə olunması xüsusi önəm daşıyır.

İcbari Sığorta Bürosu bu uğura imza atmaqla, keçici üzv olan Bürolardan tələb olunan təminatın 5 000 000 mnat məbləğinin ölkəmizə geri qaytarılmasına nail olub.

--- ---
Dövlət xətti ilə ipoteka kreditləşməsi 10,7% artıb

Dövlət xətti ilə ipoteka kreditləşməsi 10,7% artıb

--- ---
Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 33% azalıb

Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 33% azalıb

--- ---
İpoteka və Kredit Zəmanət Fondu sahibkarların suallarını cavablandıracaq

İpoteka və Kredit Zəmanət Fondu sahibkarların suallarını cavablandıracaq

--- ---
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın xalis mənfəəti 5 dəfə artıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın xalis mənfəəti 5 dəfə artıb

--- ---
Rusiya bankı Gürcüstanı tərk edir, Azərbaycanda qalır

Rusiya bankı Gürcüstanı tərk edir, Azərbaycanda qalır

--- ---
Azərbaycanda əhalinin hər nəfərinə düşən nominal gəlirlər 19 %-dən çox artıb

Azərbaycanda əhalinin hər nəfərinə düşən nominal gəlirlər 19 %-dən çox artıb

--- ---
Azər Mursaqulov: "Azərbaycanın daxili borclanması ÜDM-nin 2,6 %-i qədərdir"

Azər Mursaqulov: "Azərbaycanın daxili borclanması ÜDM-nin 2,6 %-i qədərdir"

--- ---
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (02.06.2022)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (02.06.2022)

--- ---
DGK Ukraynanın yük maşınlarının cərimə olunması barədə məlumatlara aydınlıq gətirib

DGK Ukraynanın yük maşınlarının cərimə olunması barədə məlumatlara aydınlıq gətirib

--- ---
Əmlak Məsələləri Dövlət Xidməti 3 ayda büdcəyə 15 mln manat vəsait köçürüb

Əmlak Məsələləri Dövlət Xidməti 3 ayda büdcəyə 15 mln manat vəsait köçürüb

--- ---
Bitkoin 6 %-ə yaxın ucuzlaşıb

Bitkoin 6 %-ə yaxın ucuzlaşıb

--- ---
Kapital bazarında vəziyyət: Korporativ istiqrazlara tələb artır

Kapital bazarında vəziyyət: Korporativ istiqrazlara tələb artır