Reaktiv mühərriklər üçün gömrük rüsumu və aksiz güzəştinin müddəti daha 1 il uzadılıb

Reaktiv mühərriklər üçün gömrük rüsumu və aksiz güzəştinin müddəti daha 1 il uzadılıb

Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq üçün gömrük rüsumu və aksiz güzəştinin müddəti daha 1 il uzadılıb.

Birxeber.Az-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” və “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Beləliklə, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 15 faiz idxal gömrük rüsumundan azad edilməsi müddəti 31.12.2024-cü il tarixinədək uzadılıb. Həmin müddətək adsiz dərəcəsi isə yenə 1 ton üçün 1 manat olacaq.

Hər iki qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.