“Ermənistanın artan hərbi-siyasi ritorikasının arxasında Fransada dayanır” - RƏY

“Ermənistanın artan hərbi-siyasi ritorikasının arxasında Fransada dayanır” - RƏY

“Fransa Azərbaycanın 44 günlük Vətən Müharibəsi ilə öz tarixi torpaqlarını işğaldan azad etməsi faktını həzm edə bilmir. Təsadüfi deyil ki, bu ölkə həm müharibə dövründə və postmüharibə mərhələsində mütəmadi olaraq Azərbaycanı hədəf seçən bəyanatlarla çıxış edib. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistanın Laçın rayonunda törətdiyi növbəti təxribatla bağlı Ermənistanı dəstəkləyən bəyanatı bu siyasətin daha bir çirkin nümunəsidir”.

Bunu “Birxeber.Az”a “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.

O qeyd edib ki, Laçında yaşanan insidentin birbaşa Ermənistanın mütəmadi xarakter alan təxribatları nəticəsində baş verdiyi hətta düşmən ölkənin özünün yaydığı görüntülərdən aydın görünür:

“Buna baxmayaraq, Fransa yenə siyasi maraqları əsas götürərək, hadisə ilə bağlı obyektivlikdən kənar mövqe ortaya qoydu. Fransanın da iştirakçısı olduğu Praqa görüşündən sonra Ermənistanın diplomatik olaraq tam məğlub oldu. Daha sonra isə Fransanın haqlı olaraq vasitəçilikdən uzaqlaşdırılması bu ölkədə Azərbaycana qarşı ciddi qısqanclıq və qisas hissləri yaradıb. Azərbaycan dəfələrlə rəsmi Parisin ölkəmizə qarşı ikili standartlardan çıxış etdiyini və bu səbəbdən qətiyyən Azərbaycanla Ermənistan arasında hansısa münasibətlərin aydınlaşdırılması üçün vasitəçi ola bilməyəcəyini bəyan edib. Təcrübə göstərir ki, Azərbaycana qarşı yönələn bütün erməni təxribatlarına Fransa hər hansı formada şərikdir. 44 günlük müharibə dövründə də Fransa mütəmadi olaraq, Azərbaycan əleyhinə qətnamə və bəyanatlar tirajlamaqla məşğul idi. Bu gün də Paşinyanın artan hərbi-siyasi ritorikasının arxasında duran qüvvələrdən biri də Fransadır. Ermənistan Fransanın da təkidi ilə bu ölkəyə göndərilən Avropa İttifaqı missiyasına güvənərək işğalçı siyasətini davam etdirir”.

“Bu gün Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu deyən Fransa nə hikmətdirsə Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul edilən ərazi bütövlüyünü tanıdığı ilə bağlı bəyanat verməyib. Halbuki bu üçtərəfli Bəyanat və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinin tələbidir. Ümumiyyətlə, Fransa XİN-nin bəyanatında yer alan məqamlar tamamilə obyektivlikdən uzaqdır. Hazırda hər hansı sərhəd delimitasiyasından söhbət gedə bilməz. İnsidentin baş verdiyi ərazi Azərbaycanın suveren torpaqlarıdır və ölkəmiz dəfələrlə bəyan edib ki, beynəlxalq hüquqla tanınan ərazilərində hər hansı qanunsuz fəaliyyətə imkan vermək niyyətində deyil”, - F.Şahbazlı vurğulayıb.

Siyasi şərhçi bildirib ki, hazırda insan hüquqlarının pozulması, dinc aksiyaçılara qarşı şiddətli zorakılıqların göstərilməsi kimi ciddi insan hüquq pozuntuları ilə dünyanın gündəmində olan Fransanın öz daxilində problemləri həll etmək yerinə Azərbaycana dərs keçmək cəhdləri əbəsdir və gülüş doğurur:

“Dünyanın müxtəlif regionlarında separatizmi açıq şəkildə dəstəkləyən Fransa Korsikada, hətta milli azlıqların mədəni hüquqlarını da ən məhdud formada həyata keçirməyə imkan vermir. Fransa bu gün Korsikaya qarşı ciddi formada linqvistik ayrı-seçkilik siyasəti həyata keçirir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət obyektiv olmalı və Fransanın bu irqçi siyasətini pisləməlidir”.

Xarici siyasət Xarici siyasət
Kubada “Heydər Əliyev 100: Ömürdən Anlar” adlı foto-sərgi keçirilib

Kubada “Heydər Əliyev 100: Ömürdən Anlar” adlı foto-sərgi keçirilib

Xarici siyasət Xarici siyasət
Dövlət Departamenti: “Azərbaycan və Ermənistan arasında danışıqlar konstruktiv keçir”

Dövlət Departamenti: “Azərbaycan və Ermənistan arasında danışıqlar konstruktiv keçir”

Xarici siyasət Xarici siyasət
Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
"Brüssel görüşünün təsnifatı Azərbaycanın suverenliyi məsələsinin gündəliyin əsas müzakirəsi olduğunu göstərdi" - RƏY

"Brüssel görüşünün təsnifatı Azərbaycanın suverenliyi məsələsinin gündəliyin əsas müzakirəsi olduğunu göstərdi" - RƏY

Xarici siyasət Xarici siyasət
BMT rəsmisi: “Azərbaycan diplomatlarının sülhün təşviqinə töhfəsi hamı üçün çox vacibdir”

BMT rəsmisi: “Azərbaycan diplomatlarının sülhün təşviqinə töhfəsi hamı üçün çox vacibdir”

Xarici siyasət Xarici siyasət
Azərbaycan lideri: "Azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyanı təmsil edirlər"

Azərbaycan lideri: "Azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyanı təmsil edirlər"

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gəlib 

Prezident İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gəlib 

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb

Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Sahibə Qafarova növbəti dəfə Ermənistan parlamenti spikerinin yalanlarını ifşa edib

Sahibə Qafarova növbəti dəfə Ermənistan parlamenti spikerinin yalanlarını ifşa edib

Xarici siyasət Xarici siyasət
Azərbaycanla BMT arasında tərəfdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycanla BMT arasında tərəfdaşlığın perspektivləri müzakirə edilib

Xarici siyasət Xarici siyasət
Ukrayna səfiri: “Totalitar rejimlərin azad dünyaya qarşı təcavüzünü unutmaq haqqımız yoxdur”

Ukrayna səfiri: “Totalitar rejimlərin azad dünyaya qarşı təcavüzünü unutmaq haqqımız yoxdur”

Xarici siyasət Xarici siyasət
Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti açıqlamasını kəskin şəkildə pisləyib

Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti açıqlamasını kəskin şəkildə pisləyib