Danila Neçayev: "Azərbaycanla oyunda qol buraxmamaq müsbət məqamdır"

Danila Neçayev: "Azərbaycanla oyunda qol buraxmamaq müsbət məqamdır"

"İkili hisslər keçiririk. Oyunumuz o qədər də alınmadı. Hərçənd, özümüzdən tələb olunanı yerinə yetirməyə çalışırdıq. Qapımızı toxunulmaz saxlamağımız müsbət məqamdır. Mənfi məqam isə odur ki, qol vurmadıq və qalib gəlmədik".

"Birxeber"un məlumatına görə, bunu Belarus yığmasının futbolçusu Danila Neçayev Azərbaycanla qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının II tur matçından sonra yerli assosiasiyanın rəsmi saytına açıqlamasında deyib.

23 yaşlı yarımmüdafiəçi bildirib ki, nəticə qənaətbəxşdir: "Rəqib bizi təəccübləndirmədi. Biz onları araşdırmışdıq, belə oyunlarına hazır idik. Ona görə də heç bir qeyri-adilik olmadı. Amma yaxşı rəqibdir və texnikalı futbolçuları var. Qalib gəlsəydik, öz oyunumdan razı olardım. Amma heç-heçə qənaətbəxş nəticədir".

Milliyə BATE-dən dəvət almış futbolçu Azərbaycanla oyunun kobud alınmasını təbii hesab edib:

"Yığmada oynamaq istəyirsənsə, var gücünü ortaya qoymalı, mübarizədən qorxmamalı, qalib ayrılmalısan. Ona görə də oyunun kobud alınmasında təəccüblü bir şey yoxdur".

Yarımmüdafiəçi 2 oyundan sonra 1 xal qazanmağın kədərli olduğu söyləyib: "Tələb olunanları yerinə yetirmirik. Amma çalışırıq. Hamımız insanıq, robot deyilik. Meydana çıxıb yalnız qalib gələ bilmərik. Qol vura bilmək üçün imkanlardan yararlanmağımız çatışmır. Az da olsa, fərqlənmək imkanları qazanırıq. Rəqibləri sıxmaq, hücumlarda daha dəqiq, aqressiv oynamaq lazımdır".

Naçayev III turda qələbə qazanmaq istədiklərini sözlərinə əlavə edib: "Bərpa olunmalı və nəhayət, Qazaxıstanla oyundan 3 xal götürməliyik. Asan oyun olmayacaq. Qazaxıstan yaxşı, güclü yığmadır. Çətin olacaq, amma qalib gəlməyə çalışacağıq. Qazaxıstanın Slovakiyaya qalib gəlməsi təəccüblü deyil. Biz də Slovakiyaya qarşı pis oynamamışdıq, bir neçə yaxşı imkan yaratmışdıq. Yəni, biz də qalib gələ bilərdik. Ona görə də təəccüblü bir şey yoxdur. Futbol da bir oyundur".

Futbol Futbol
"Qarabağ" - "Sabah" oyununun hakimləri müəyyənləşib

"Qarabağ" - "Sabah" oyununun hakimləri müəyyənləşib

Futbol Futbol
"Çelsi"nin baş məşqçisi hakimi tənqid edib

"Çelsi"nin baş məşqçisi hakimi tənqid edib

Futbol Futbol
"Real Madrid"in sabiq futbolçusunun düşdüyü ağır qəzanın videosu yayılıb

"Real Madrid"in sabiq futbolçusunun düşdüyü ağır qəzanın videosu yayılıb

Futbol Futbol
"Barselona"nın daha bir futbolçusu koronavirusa yoluxub

"Barselona"nın daha bir futbolçusu koronavirusa yoluxub

Futbol Futbol
İtaliya klubunun futbolçusu sırğaya görə oynaya bilməyib

İtaliya klubunun futbolçusu sırğaya görə oynaya bilməyib

Futbol Futbol
"Sumqayıt"ın hazırlıq planı bəlli olub

"Sumqayıt"ın hazırlıq planı bəlli olub

Futbol Futbol
Sərxan Hacıyev: "Millinin nəticələrinə görə xoş hisslər keçirmirik"

Sərxan Hacıyev: "Millinin nəticələrinə görə xoş hisslər keçirmirik"

Futbol Futbol
"Qarabağ"ın baş məşqçisi: "Yanğın xoş olmayan hadisədir, şirkətə böyük təsir edib"

"Qarabağ"ın baş məşqçisi: "Yanğın xoş olmayan hadisədir, şirkətə böyük təsir edib"

Futbol Futbol
"Zirə"nin yeni transferi: "Bu komandaya keçdiyimə görə şadam"

"Zirə"nin yeni transferi: "Bu komandaya keçdiyimə görə şadam"

Futbol Futbol
"Fənərbağça" yeni baş məşqçisini açıqlayıb

"Fənərbağça" yeni baş məşqçisini açıqlayıb

Futbol Futbol
Azərbaycan millisinin kapitanı zədələnib

Azərbaycan millisinin kapitanı zədələnib

Futbol Futbol
"Zirə" autsayderi, "Neftçi" "Sabah"ı qəbul edəcək

"Zirə" autsayderi, "Neftçi" "Sabah"ı qəbul edəcək