Bu il Azərbaycanda sənaye istehsalı 3 %-dən çox azalıb

Bu il Azərbaycanda sənaye istehsalı 3 %-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 18,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 % az sənaye məhsulu istehsal edilib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 4 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,7 % artıb.

Sənaye məhsulunun 72 %-i mədənçıxarma sektorunda, 22,6 %-i emal sektorunda, 4,7 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 % artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 78 %, əczaçılıq məhsullarının istehsalı 68,8 %, poliqrafiya məhsullarının istehsalı 57,1 %, kağız və karton istehsalı 44,4 %, kompüter, elektron və optik məhsulların istehsalı 35,7 %, toxuculuq sənayesi məhsullarının istehsalı 28 %, tikinti materiallarının istehsalı 25,8 %, maşın və avadanlıqların istehsalı 25,4 %, içkilərin istehsalı 25,1 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,9 %, qida məhsullarının istehsalı 13,6 %, elektrik avadanlıqlarının istehsalı 8,7 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,2 %, tütün məmulatlarının istehsalı 6,6 %, mebel istehsalı 1 %, neft məhsullarının istehsalı 0,5 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı 0,4 %, geyim istehsalı 1,1 %, hazır metal məmulatlarının istehsalı 1,3 %, kimya sənayesi məhsullarının istehsalı 11,2 %, metallurgiya sənayesi məhsullarının istehsalı 44,2 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,1 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,1 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 21,8 % artıb.

Sənaye Sənaye
Deputat: “Qubada Azad İqtisadi Zona yaratmaq olar”

Deputat: “Qubada Azad İqtisadi Zona yaratmaq olar”

Sənaye Sənaye
“AzerGold” dəmir filizi konsentratının istehsal zəncirinin yaradılmasının dəyərini açıqlayıb

“AzerGold” dəmir filizi konsentratının istehsal zəncirinin yaradılmasının dəyərini açıqlayıb

Sənaye Sənaye
KİV: Yaponiya və Britaniya Afrikada mədən sənayesinə birgə investisiya qoymaq niyyətindədir

KİV: Yaponiya və Britaniya Afrikada mədən sənayesinə birgə investisiya qoymaq niyyətindədir

Sənaye Sənaye
Azərbaycan Gürcüstandan ən çox avtomobil idxal edən ölkədir

Azərbaycan Gürcüstandan ən çox avtomobil idxal edən ölkədir

Sənaye Sənaye
Daşkəsən dəmir filizi yataqlarının istismarı ilə bağlı İtaliya şirkəti ilə danışıqlar aparılır

Daşkəsən dəmir filizi yataqlarının istismarı ilə bağlı İtaliya şirkəti ilə danışıqlar aparılır

Sənaye Sənaye
Azərbaycanın sənaye zonalarından ixrac 55% artıb

Azərbaycanın sənaye zonalarından ixrac 55% artıb

Sənaye Sənaye
Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları dağ-mədən sektoruna təsir göstərə bilər

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları dağ-mədən sektoruna təsir göstərə bilər

Sənaye Sənaye
İslam İnkişaf Bankının sənaye zonalarındakı layihələrə cəlb olunması müzakirə edilib

İslam İnkişaf Bankının sənaye zonalarındakı layihələrə cəlb olunması müzakirə edilib

Sənaye Sənaye
“AzerGold” Heydər Əliyevin 100 illik yubileyi münasibətilə alpiniada təşkil edib

“AzerGold” Heydər Əliyevin 100 illik yubileyi münasibətilə alpiniada təşkil edib

Sənaye Sənaye
“Volkswagen” Almaniyadakı əsas zavodunda istehsalı müvəqqəti dayandıracaq

“Volkswagen” Almaniyadakı əsas zavodunda istehsalı müvəqqəti dayandıracaq

Sənaye Sənaye
KOBİA: "Dağ-mədən sahəsində sadə mexanizmlərə və həllərə ehtiyac var"

KOBİA: "Dağ-mədən sahəsində sadə mexanizmlərə və həllərə ehtiyac var"

Sənaye Sənaye
Sumqayıt Kimya Sənaye Parkının rezidenti ixrac coğrafiyasını genişləndirib

Sumqayıt Kimya Sənaye Parkının rezidenti ixrac coğrafiyasını genişləndirib