FIDE reytinqi: Şəhriyar Məmmədyarov geriləyib, Teymur Rəcəbov irəliləyib

FIDE reytinqi: Şəhriyar Məmmədyarov geriləyib, Teymur Rəcəbov irəliləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.

"Birxeber.Az" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov (2723) iki sıra geriləyərək 26-cı olub.

İki mövqe irəliləyən Teymur Rəcəbov (2723) 25-ci yerdə qərarlaşıb.

Bir pillə geriləyən Rauf Məmmədov (2651) 88-ci, yenidən "100-lüy"ə qayıdan Nicat Abasov (2641) 96-cıdır.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. Onu ABŞ-nin şərəfini qoruyan Fabiano Karuana (2804) və Hikaru Nakamura (2788) izləyir.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2449) 26-cı sıradakı yerini qoruyub. Ülviyyə Fətəliyeva (2384) 65-ci, Gövhər Beydullayeva (2374) 76-cı, Gülnar Məmmədova (2351) 100-cüdür.

Çinli Yifan Hou (2632) reytinqdə birincidir. İkinci pillədə onun həmyerlisi Venyun Yu (2559) yer alıbsa, hindistanlı Humpi Koneru (2554) üçüncüdür.