"Neftçi" Azərbaycan Kubokunda 40-cı səfər qələbəsini qazanıb

"Neftçi" Azərbaycan Kubokunda 40-cı səfər qələbəsini qazanıb

“Neftçi” Azərbaycan Kubokunda 40-cı səfər qələbəsini qazanıb.

"Birxeber.Az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

"Ağ-qaralar" Miodraq Bojoviçin ölkə kubokundakı debüt matçında “Sumqayıt”a qalib gəlib – 3:2.

Bununla da paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda çıxdığı 79-cu səfər görüşündə 40-cı qələbəsini əldə edib.

Qeyd edək ki, “Neftçi” Azərbaycan kuboku tarixində rəqib meydanında ən çox qələbə qazanan komandadır.