Ələt Azad İqtisadi Zonasının inkişafı istiqamətində tədbirlər davam etdirilir

Ələt Azad İqtisadi Zonasının inkişafı istiqamətində tədbirlər davam etdirilir

Ələt Azad İqtisadi Zonasında investorlar üçün əlverişli biznes mühitinin yaradılması məqsədilə yeni ayrılmış ərazilərin inkişafı istiqamətində işlər davam etdirilir.

Bununla əlaqədar olaraq, ötən təcrübədə olduğu kimi, Ələt Azad İqtisadi Zonasına ayrılmış növbəti mərhələ ərazilərinin inkişafı ilə bağlı işlərin səmərəli təşkili və düzgün koordinasiyasını təmin etmək məqsədilə ölkə Prezidentinin Sərəncamı ilə müvafiq dövlət qurumları və təşkilatlarının, həmçinin Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndələrindən ibarət İşçi qrupu yaradılmış və İşçi qrupunun rəhbəri iqtisadiyyat naziri Mikayıl Cabbarov təyin edilib.

Sözügedən İşçi qrupunun yaradılmasında əsas məqsəd müvafiq dövlət qurumlarının iştirakı ilə Ələt Azad İqtisadi Zonasına ayrılmış ərazilərin Baş planının tərtib edilməsi və bunun əsasında ərazi-xarici və ərazi-daxili nəqliyyat (dəmiryolu və avtomobil yolları) və mühəndis-kommunikasiya (su, qaz, elektrik enerjisi, kanalizasiya və s.) təminatı obyektlərinin layihələrinin hazırlanması və icrasının həyata keçirilməsidir.

Əminliklə qeyd etmək lazımdır ki, İşçi qrupunun yaradılması və fəaliyyəti Ələt Azad İqtisadi Zonasına ayrılmış ərazilərin və müvafiq infrastrukturun daha sürətli və səmərəli şəkildə inkişafını təmin edəcəkdir.