Qəzza zolağında döyüşlərdə İsrailin daha dörd hərbçisi ölüb

Qəzza zolağında döyüşlərdə İsrailin daha dörd hərbçisi ölüb

Qəzza zolağında döyüşlərdə İsrail Ordusunun daha dörd hərbçisi ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu bildirib.

Məlumata görə, ötən il oktyabrın 31-dən Qəzza zolağında əməliyyatlar başlayandan bəri İsrailin 224 hərbçisi ölüb.

Oktyabrın 7-dən, HƏMAS hücum edəndən indiyədək 561 İsrail hərbçisi həlak olub.