Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan hərbçisinə işgəncə verilməsini pisləyib

Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan hərbçisinə işgəncə verilməsini pisləyib

Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan hərbçisinə işgəncə verilməsini pisləyən bəyanat yayıb.

"Birxeber.Az" xəbər verir ki, bəyanatda deyilir:

"Ermənistanın kütləvi informasiya vasitələrində, bu ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları və digər şəxslər tərəfindən Azərbaycan ordusunun silahsız əsgərinin qolları bağlı şəkildə işgəncəyə məruz qoyulmasını göstərən video və foto görüntülər yayılıb.

Bu, hərbi əsirlərlə davranışa dair Cenevrə Konvensiyası, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya" və digər mühüm beynəlxalq aktlarla Ermənistanın üzərinə düşən öhdəliklərin kobud şəkildə pozulmasının və bu ölkədə azərbaycanlılara münasibətdə geniş yayılmış etnik nifrət və irqi ayrı seçkiliyin növbəti bariz sübutudur.

Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi və zorla qovulduğu Zəngəzur torpağı azərbaycanlıların Ermənistan tərəfindən işgəncəyə məruz qalmasına növbəti dəfə şahid olmuşdur. Bu amansız cinayəti təşkil edənlər xalqlar arasında nifaqı daha da dərinləşdirməyi və qorxu mühiti yaradaraq azərbaycanlıların oraya qayıtmaqdan çəkindirməyi hədəfləyirlər.

Qərbi Azərbaycan İcması bu mənfur cinayəti qəti şəkildə qınayır, beynəlxalq ictimaiyyəti buna görə Ermənistan hökumətinin və cinayətin icraçılarının əməlinə hüquqi qiymət verməyə və əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanın nəzarətində olan əraziyə keçmiş azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırır".

Daxili siyasət Daxili siyasət
Azərbaycanın xaricdəki diplomatlarına ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavələr müəyyənləşib

Azərbaycanın xaricdəki diplomatlarına ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavələr müəyyənləşib

Daxili siyasət Daxili siyasət
Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin zəngin irsini təbliğ edəcəklər

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin zəngin irsini təbliğ edəcəklər

Daxili siyasət Daxili siyasət
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb

Daxili siyasət Daxili siyasət
Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Daxili siyasət Daxili siyasət
Azərbaycanın Baş naziri Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

Daxili siyasət Daxili siyasət
Faşizm üzərində qələbədən 78 il ötür

Faşizm üzərində qələbədən 78 il ötür

Daxili siyasət Daxili siyasət
İlham Əliyev: "İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi"

İlham Əliyev: "İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi"

Daxili siyasət Daxili siyasət
Elşad Hacıyev: "Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik ciddi şəkildə təmin olunur"

Elşad Hacıyev: "Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik ciddi şəkildə təmin olunur"

Daxili siyasət Daxili siyasət
Naxçıvanda 20 Yanvar şəhidləri anılıb

Naxçıvanda 20 Yanvar şəhidləri anılıb

Daxili siyasət Daxili siyasət
DTX “Böyük Qayıdış”ın gerçəkləşdirilməsi üçün bütün imkanlarını səfərbər edəcək

DTX “Böyük Qayıdış”ın gerçəkləşdirilməsi üçün bütün imkanlarını səfərbər edəcək

Daxili siyasət Daxili siyasət
Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemləri istismara verilib

Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemləri istismara verilib

Daxili siyasət Daxili siyasət
Naxçıvanşünaslıq Mərkəzi ləğv edilib

Naxçıvanşünaslıq Mərkəzi ləğv edilib