Türkiyənin vitse-prezidenti: “Togg”un gələcəkdə dünyada geniş istifadə olunacağına ümidliyik”

Türkiyənin vitse-prezidenti: “Togg”un gələcəkdə dünyada geniş istifadə olunacağına ümidliyik”

“Ümid edirik ki, “Togg” gələcəkdə bütün dünyada istifadə ediləcək avtomobil olacaq”.

“Birxeber.Az” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

O xalqı da Türkiyə istehsallı avtomobildən istifadə etməyə çağırıb: “Biz “Togg” avtomobilinə güvənirik. Ona görə də bundan istifadə edirik. İlkin hədəfimiz 1 milyon “Togg”un istifadəyə verilməsidir”.

F.Oktay söyləyib ki, yeni istehsal olunan avtomobilə ilk vaxtlardan bu qədər sərmayə qoyulması sevindiricidir: “İnşallah, gələcəkdə daha gözəl xəbərlər verəcəyik”.

Qeyd edək ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir.

"Togg"un istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan 1 il sonra qonşu ölkənin 5 aparıcı şirkəti - "Anadolu Group" (19 %), "BMC" (19 %), "Root Group" (19 %), "Turkcell" (19 %), "Zorlu Holding" (19 %) and "TOBB" (% 5) bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb. 2 ildən sonra isə Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda dəyəri 22 milyard lirə və yaxud 1 milyard ABŞ dollarından çox olan zavodun inşasına başlanılıb. Tikintisində 9 700 nəfərin iştirak etdiyi müəssisə 2022-ci ildə istismara verilib və ötən il oktyabrın 29-dan burada "Togg"un kütləvi istehsalına başlanılıb.

Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobil istehsal olunması nəzərdə tutulub. Bu isə 4 300 nəfərin işlə təmin olunması deməkdir. 2030-cu ilə qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.

Artıq “Togg”un satışına start verilib. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın sözlərinə görə, vətəndaşların 95 %-i yerli elektromobili bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.

Bu il martln əvvəlindən “Togg”un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. İlk saatlardan model üçün 22 150 sifariş qəbul olunub.

Region Region
Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

Region Region
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı qarşıya qoyulan dörd əsas vəzifəni açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı qarşıya qoyulan dörd əsas vəzifəni açıqlayıb

Region Region
Türkiyə Prezidenti: “Hədəfimiz Cənubi Qafqazda sabitliyi təmin etməkdir”

Türkiyə Prezidenti: “Hədəfimiz Cənubi Qafqazda sabitliyi təmin etməkdir”

Region Region
KİV: “Vaşinqton Ukraynada sülh yaxın ikən onun qarşısını alıb”

KİV: “Vaşinqton Ukraynada sülh yaxın ikən onun qarşısını alıb”

Region Region
Süleyman Soylu: "Zəlzələ bölgələrinə 18 min jandarm, 10 minə yaxın polis göndərdik"

Süleyman Soylu: "Zəlzələ bölgələrinə 18 min jandarm, 10 minə yaxın polis göndərdik"

Region Region
Ukrayna Prezident Ofisi ölkədəki kadr islahatlarına münasibət bildirib

Ukrayna Prezident Ofisi ölkədəki kadr islahatlarına münasibət bildirib

Region Region
Oleksiy Arestoviç Ukrayna Prezident Ofisi başçısının müşaviri vəzifəsindən istefa verib

Oleksiy Arestoviç Ukrayna Prezident Ofisi başçısının müşaviri vəzifəsindən istefa verib

Region Region
Ukrayna HHQ: “Rusiya ilə İran arasında uçuşlar intensivləşib”

Ukrayna HHQ: “Rusiya ilə İran arasında uçuşlar intensivləşib”

Region Region
Kreml: “Ərdoğan-Putin görüşü mümkündür” - YENİLƏNİB

Kreml: “Ərdoğan-Putin görüşü mümkündür” - YENİLƏNİB

Region Region
Qazaxıstanın Baş Qərargah rəisi Türkiyədə səfərdədir

Qazaxıstanın Baş Qərargah rəisi Türkiyədə səfərdədir

Region Region
İrkutskda yanğında 5 nəfər ölüb

İrkutskda yanğında 5 nəfər ölüb

Region Region
Ermənistanda xarici turistlər fırıldaqçılıqla üzləşirlər

Ermənistanda xarici turistlər fırıldaqçılıqla üzləşirlər