Qəzza zolağında ölənlərin sayı 25 mini keçib

Qəzza zolağında ölənlərin sayı 25 mini keçib

İsrailin hərbi zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 25,1 min nəfərə çatıb.

Birxeber.Az xəbər verir ki, bunu Fələstinin Səhiyyə Nazirliyi bildirib.

“Ötən il oktyabrın 7-dən İsrailin hərbi əməliyyatları sayəsində ölənlərin sayı 25 105-ə yüksəlib, 62 681 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.