Türkiyədə ikimərtəbəli ev çöküb, 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Türkiyədə ikimərtəbəli ev çöküb, 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Türkiyənin Şanlıurfa şəhərində ikimərtəbəli ev çöküb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə şəhərin Bozova rayonunda qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Məlumata görə, ev 2023-cü ilin fevralında baş vermiş güclü zəlzələ nəticəsində zədələnib.

Hadisə ilə bağlı araşdırma başladılıb.