"Formula 1" yarışı Bakıda kirayə evlərin qiymətlərini kəskin artırıb

"Formula 1" yarışı Bakıda kirayə evlərin qiymətlərini kəskin artırıb

Bir neçə gün sonra Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisi yarışları paytaxtın kirayə bazarında canlanma yaradıb. Belə ki bir sıra Avropa və Asiya ölkələrindən məhz bu yarışları izləmək üçün Bakıya gələnlər var. Avtomobillərin hərəkət edəcəyi əsas marşrutun keçdiyi yolların kənarında kirayə mənzillərə ehtiyac xüsusilə hiss edilir.

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bununla bağlı “Birxeber”a bildirib ki, mərkəzdə bəzi mənzillər var ki, onların eyvanından birbaşa “Formula 1” yarışını görmək mümkündür:

"Belə mənzillərin kirayə qiymətləri artıb. Həmin evlər digər mənzillərə nisbətdə iki dəfə bahalaşıb. Lakin bunların ümumi kirayə evlər bazara heç bir təsiri yoxdur. Günlük kirayə mənzillərin qiyməti də çox artıb. Bundan əlavə, “Formnula 1” ərəfəsində hotellər də 30-40 %, bəzən də 50 %-ə qədər qiymətləri artırıb. Bu da müvəqqəti məsələdir”.

Əmlak bazarı üzrə ekspert Bəhruz Həsənov da öz açıqlamasında qiymət artımını təsdiqləyib və hətta bu artımı fantastik rəqəmlərlə izah edib:

“Bakının tarixi mərkəzi hissəsinə düşən həmin ərazilərdə kirayə evlərin qiyməti yarış günləri üçün 2-3 dəfə yüksəlir və ən çox yarışları müşahidə etmək mümkün olan mənzillərin kirayə qiymətləri qalxır. Bu mənzillərdə müşahidə edilən mövqedən asılı olaraq, yarışları izləmək olur, həmin mövqelərdən asılı olaraq mənzillərin günlük kirayə qiymətləri 200 manatdan 1 000 manata kimi dəyişir. Adi günlərdə isə bu mənzillərin qiymətləri 70-170 manat arasında dəyişir. Həmçinin yarışların keçirildiyi əraziyə birbaşa baxışı olmayan, lakin mərkəzdə yerləşən mənzillərdə də qiymət artımı müşahidə olunur. Çünki xarici turistlər əsasən yarışların keçirildiyi tribunalara bilet alırlar. İstəyirlər ki, bu yarışlar keçirilən ərazilərə yaxın mənzillərdə qalsınlar. Həmin mənzillərin günlük kirayə qiymətləri də normalda 80-100 manat idisə, hazırda minimum qiymətlər 100-120 manat arasında dəyişir”.

MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bu cür tədbirlərin turizm və əmlak bazarına təsirinin daha uzunmüddətli olduğunu hesab edir:

“İlkin mərhələdə bu təsiri hiss etmirik, amma dolayı effekti daha çox olur. Məsələn xaricdə televizordan bu yarışı izləyən şəxs Bakının Milli Parkını, dənizi, iri tikililəri görür. Təbii ki, bu da turist cəlb etməyin bir yoludur”.

N.İbrahimov qiymət artımının arzuolunmaz sosial nəticələrinə də toxunub. O bildirib ki, bu artım kirayədə qalan təbəqənin vəziyyətini pisləşdirir:

“Bu qiymət artımının qarşısını, təbii ki, müəyyən bir çərçivə daxilində rəsmi strukturlar almalıdır. Burada inzibati amilliərə yol vermək olmaz. Yəni hansısa rayon icra hakimiyyətinin başçısı, ya şəhər icra hakimiyyəti deyə bilməz ki, bu qiymətə evini kirayə ver. Lakin dolayı yollarla bazara təsir göstərməlidirlər”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 10-12 iyunda keçiriləcək. “Formula 1” tribunalarında günlük biletin ən ucuz qiyməti 90 manatdır. Ən bahalısı isə 9 130 manatdır.

Biznes Biznes
Ekspert: "Böhran dövründə sosial müəssisələr daha dayanıqlı olur"

Ekspert: "Böhran dövründə sosial müəssisələr daha dayanıqlı olur"

Biznes Biznes
İqtisadiyyat Nazirliyi “Rəqəmsal xəritə əsaslı platforma” yaradır

İqtisadiyyat Nazirliyi “Rəqəmsal xəritə əsaslı platforma” yaradır

Biznes Biznes
Azərbaycan sənaye müəssisəsi səhmdarlarına hesabat verəcək

Azərbaycan sənaye müəssisəsi səhmdarlarına hesabat verəcək

Biznes Biznes
Dövlət başçısı: "Birinci rübdə ümumi daxili məhsul 6,8 faiz artıb"

Dövlət başçısı: "Birinci rübdə ümumi daxili məhsul 6,8 faiz artıb"

Biznes Biznes
Azərbaycanda sahibkarların 99,6 %-ni KOB-lar təşkil edir

Azərbaycanda sahibkarların 99,6 %-ni KOB-lar təşkil edir

Biznes Biznes
İİTKM: "Biznes mühitinin daha da yaxşılaşdırılması ölkəyə idxalı artırıb"

İİTKM: "Biznes mühitinin daha da yaxşılaşdırılması ölkəyə idxalı artırıb"

Biznes Biznes
Azərbaycan-İsveçrə Birgə Komissiyasının yaradılmasından 13 il keçir

Azərbaycan-İsveçrə Birgə Komissiyasının yaradılmasından 13 il keçir

Biznes Biznes
Səfər Mehdiyev Biləsuvarda vətəndaşları qəbul edəcək

Səfər Mehdiyev Biləsuvarda vətəndaşları qəbul edəcək

Biznes Biznes
Üç ölkənin gömrükçüləri gələcək əməkdaşlığı müzakirə ediblər

Üç ölkənin gömrükçüləri gələcək əməkdaşlığı müzakirə ediblər

Biznes Biznes
Ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad edilməsi üçün hökumətə təklif verilib 

Ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad edilməsi üçün hökumətə təklif verilib 

Biznes Biznes
Assosiasiya: "Supermarketlər istehsalçılardan aldıqları məhsulların dəyərini vaxtında ödəmirlər"

Assosiasiya: "Supermarketlər istehsalçılardan aldıqları məhsulların dəyərini vaxtında ödəmirlər"

Biznes Biznes
Aynur Musayeva: “Qadınların ailə qayğıları onların sahibkarlıq fəaliyyətinə başlamasına mane olur”

Aynur Musayeva: “Qadınların ailə qayğıları onların sahibkarlıq fəaliyyətinə başlamasına mane olur”